Azərbaycan və Çin münasibətlərinin inkişafı qarşılıqlı hörmət və dostluq münasibətləri üzərində qurulub
Aygün Cəfərova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu, 262 saylı körpələr evi - uşaq bağçasının müdiri
Azərbaycan Respublikası dünyada inkişaf edən dövlətlərdən biridir. Hazırkı inkişafımız "bugünümüz və sabahımızın iqtisadi sipəridir”. Dünya dövlətləri Azərbaycana etmad edir. Bunu cənab Prezidentim İlham Əliyevin 22 iyul tarixində "China Global Television Network " televiziya kanalına müsahibəsi zamanı da görmək olar. Müsahibə zamanı bir sıra məqamlara toxunulub. Azərbaycan dünyanın bütün ölkələri ilə dostluq və əməkdaşlıq edir ki, bunlardan biri də Çin xalq Respublikasıdır.
Azərbaycan Çin münasibətlərinin təməli 90 - cı illərin əvvəlində Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ulu öndər 90 - cı illərin əvvəlində Çində olarkən rəsmi səfərlə yanaşı, ailələrlə də tanış olub görşürdü. Buda liderə məxsus xarakter idi. Elə həmin dövrdə Heydər Əliyev bugün rəhbər tutduğumuz daxili və xarici siyasət prioritetlərimizi müəyyən etdi.
Ulu öndər həmin illərdə nəinki daxildə xaosun qarşısın aldı, eyni zamanda xarici ölkələrlə, o cümlədən Çinlə münasibət və dostluq yaratdı. Azərbaycan və Çin münasibətlərinin inkişafı qarşılıqlı hörmət və dostluq münasibətləri üzərində qurulub. Azərbaycan daim prioritetlərimizə və milli maraqlarımıza cavab verən ölkələrlə əməkdaşlıq edib, Çin də həmin ölkələr sırasındadır. Ölkələrimiz arasındakı əməkdaşlıq ənənəvi dostluğa əsaslanır. Bunu hər iki dövlətin bir birini dəstəkləməsində aydın görmək olur.
Çinin "China Global Television Network" müsahibəsi zamanı cənab İlham Əliyevin: “Nizim hədəfimiz Azərbaycanın dəyişməkdə olan vəziyyətini dünyaya çatdırmaqdır” sözləri inkişafımızın əsas qayəsini ifadə etdi.
Cənab İlham Əliyevin Çinin televiziya kanalına müsahibəsi təkcə Çin ilə Azərbaycanın əməkdaşlığı deyil, eyni zamanda Azərbaycanın dünyəvi siyasətinin konturlarının göstəricisidir. 30 il ərzində davam edən siyasi münasibətlər bugün Azərbaycanla Çinin bir - birinə etibar edən dost olduğunu göstərir.
Cənab prezident İlham Əliyevin düşünülnüş və məqsədyönlü siyasəti Azərbaycanın nüfuzunu dünya ölkələri arasında artırır. Ölkəmiz Çinlə hal - hazırda "Bir kəmər bir yol" layihəsinin inkişafı çərçivəsində fəaliyyətlərini davam etdirir.