Sevinc Hacızadə
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 79 nömrəli tam orta məktəbin direktoru
Azərbaycan Şərq və Qərb mədəniyyətlərinin qovşağında yerləşərək çoxmədəniyyətli dövlət olaraq öz tolerantlığı ilə dünya ölkələri tərəfindən tanınmışdır. Vətəndaşlarına milli və dini fərqliliyindən asılı olmayaraq eyni şəraiti yaradaraq dostluğu və milli dəyərləri daha da möhkəmləndirən Azərbaycan dövləti regionda sülhün, əmin amanlığın təbliğatçısı olaraq fəaliyyət göstərir.
Ölkədəki birlik, vətənpərvərlik və uzaqgörən Prezidentin siyasi liderliyi sayəsində 2020 ci ildə ölkə ərazisinin ərazi bütövlüyünü təmin etməyə imkan vermişdir. 30 il işğal altında erməni tapdağı altında qalaraq tamamilə dağıdılmış, viran qoyulmuş ərazimizin qaytarılması üçün BMT–nin Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə işləmədi və Azərbaycan məcbur müharibə yolu ilə öz ərazi bütövlüyünü bərpa etdi. Köçkünlərin hüquqları bərpa edildi və onlar öz məkanlarına qaytarılırlar. Qarabağda abadlaşdırma işləri həyata keçirilir.
Bəzi Avropa ölkələri XXI əsrdə başqa xalqlara müstəmləkə kimi yanaşmışlar, bəzi ölkələrin daxili işlərinə müdaxilə etmişlər. Yeni müstəm-ləkə tendensiyaları hələ də qüvvədədir. Azərbaycan dövlətinə qarşı da bu tendensiya həyata keçirmək istəyənlərə icazə verilməyəcək deyə cənab İlham Əliyev öz çıxışında bildirdi. Cənubi Qafqaz regionunda sülhün bərpa-sına çalışılacaq. Artıq Ermənistan da Azərbaycanın sülhün təmin edilməsini anlayıb və regionda yaranan problemlərin bu yolla aradan qaldırılmasını dərk edir. Və ölkələr arasında normal əlaqə yaradılması ilə problemlər həll ola bilər.
Məhz Azərbaycan sülh sazişinin layihəsini hazırladı. Azərbaycan çoxtərəfli əlaqənin tərəfdaşı olaraq bir çox təşkilatların və birliklərin üzvü olaraq iştirak edir. Azərbaycan çoxtərəflilik dəyərlərini 120 ölkənin üzv olduğu Qoşulmama hərəkatında 2019–cu ildən 2024 – cü ilin əvvəlinədək fəal təşviq edib. Daim həmrəyliyi, qarşılıqlı hörməti əsas tutaraq Azərbaycan ekoloji, siyasi, iqtisadi məsələlərin birgə həllində iştirak edib. Ölkədə alternativ enerji mənbələrinin tətbiqi regionda ekoloji problemləri azaltmağa imkan verir. Əlbəttə regiondakı digər dövlətlər də bu işdə fəal olmalıdırlar, normal qarşılıqlı münasibətlər tənzimlənməlidir. Iqtisadi – siyasi məsələlər birgə həll olunmalıdır.