Azərbaycan Qafqazda davamlı sülh üçün açar rolunu oynayır

Azərbaycan Qafqazda davamlı sülh üçün açar rolunu oynayır

Ceyran Novruzova

YAP Suraxanı rayon təşkilatının ƏPT-nın sədri

A.Səfərov adına 114 nömrəli tam orta məktəbin direktoru, Əməkdar müəllim

Praqa görüşü Azərbaycan siyasətinin, Prezident İlham Əliyev diplomatik fəaliyyətinin növbəti qələbəsidir. Azərbaycan və Ermənistan dövlət başçılarının bu görüşünü Fransanın vasitəçiliyi ilə baş tutmuşdur.

Praqada keçirilən “Avropa Siyasi Birliyinin” Zirvə toplantısında Avropanın 44 ölkəsi iştirak edirdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Fransa prezidenti E.Makron, Avropa İttifaq Şurasının prezidenti Şarl Mişel, Ermənistan baş naziri N.Paşinyanın iştirakı ilə keçirilən görüşdə qəbul edilən bəyanatdan başqa ciddi bir məsələ müzakirə edilmədi. Bu bəyanat 1991-ci ildə imzalanan Alma-Ata bəyənnaməsini xatırladırdı. Beləki, bu sənədlə Azərbaycan və Ermənistan bir-birlərinin ərazi bütövlüyünü tanıyaraq BMT-yə üzv qəbul olunmuşdur. Sonradan məlum olduğu kimi Ermənistan özünün təcavuzkar xislətinə sadiq qalaraq, Azərbaycanın ərazi bütövlüyünə qəsd etmiş, 20% ərazimizi işğal etmişdir.

Faktiki olaraq Alma-Ata bəyanatını pozmuş, BMT-nin qəbul olunmuş 4 qətnaməsinə əməl etməmişdir. Lakin İlham Əliyev şəxsiyyətinin fəaliyyəti,diplomatik bacarığı nəticəsində Praqa görüşündə Ermənistan həmin sazişə əməl etməyə məcbur edildi. Azərbaycan, Ermənistan, Fransa, Avropa İttifaqı Şurasının iştirakı ilə biz bütün dünyaya nümayiş etdik ki, yalnız hərb meydanında yox, Avropa siyasət meydanında da qələbə çaldıq, öz prinsiplərimizi diktə edə bilirik.

Yekun bəyanata əsasən Azərbaycanın tələb etdiyi kimi yaxın vaxtlarda sərhədlərin delimitasiyası üzrə komissiyaların fəaliyyət planı razılaşdırıldı.

Paşinyan və tərəfdarlarının Parisdən, Brüsseldən hərbi-siyasi dəstək almaq planları alınmadı. Beləki beynəlxalq missiyanın yalnız Ermənistan ərazisində yerləşdirilməsi qərarlaşdırıldı. Avropa Siyasi Birliyinin bu addımı göstərdi ki, Bakı artıq öz sözünü deyən və hər hansı bir güzəşti yaxın buraxmayan söz sahibi olan tərəfdaşdır. Bu, dövlət başçısının beynəlxalq hüquqa və ədalətə əsaslanan və balanslaşdırılmış xarici siyasətinin qələbəsi idi,regional siyasətdə söz sahibi olan ölkəyə çevrilməsinin təcəssümü idi.

Məlum olduğu kimi hazırda dünyada olduqca çətin geosiyası vəziyyət yaranıb. Rusiya-Ukrayna müharibəsi və hər iki ölkə ilə yaxın dostluq münasibətlərini, diplomatik və iqtisadi əlaqələri zədələmədən yeridilən bu siyasəti İlham Əliyev Avropa ölkələri ilə də davam etdirir.  Azərbaycan Avropa ilə bir sıra istiqamətlərdə - enerji, nəqliyyat, ticarət sahəsində də sıx əməkdaşlıq edir. Hazırki mövcud vəziyyət neft və qaz ehtiyatlarımıza tələbatı kəskin artırıb. İndi yeni qaz yataqları istismara verilir,mövcud yataqlarda hasilat artırılır. Bu isə daha böyük həcmdə neft-qaz və elektrik enerjisinin Avropaya nəql edilməsi deməkdir.

Hazırda Avropa ölkələri Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Azərbaycanın siyasət meydanında artan nüfuzu, əlbəttə ki, iqtisadi, sərmayə qoyuluşu sahələrində də özünü göstərdiyini, qarşılıqlı etimadın artığını dövlət başçımız yüksək qiymətləndirdiyini, bizim bu platformada yeni olduğumuzu və bu görüşdə iştirakı əlaqələrimizin yüksələn xətlə inkişaf edəcəyini söyləməyə əsas verdiyini vurğulamışdır.

İlham Əliyev eyni zamanda görüşdə yenə erməni terrorunun davam etdiyini, II Qarabağ müharibəsindən sonra Ermənistan tərəfindən azı 1400 mina basdırıldığını, 250 nəfərdən çox azərbaycanlının həlak olduğunu və ağır yaralandığını və buna tez bir zamanda son qoyulmalı olduğunu bildirmişdir.

Azərbaycan xalq olaraq istər müharibə meydanında ,istər dünya siyasi arenalarında Prezidentin, Ali Baş Komandanın arxasında DƏMİR YUMRUQ kimi dayanmışdır.