Azərbaycan – Litva əlaqələri hazırda yüksələn xətlə inkişaf edir

Azərbaycan – Litva əlaqələri hazırda yüksələn xətlə inkişaf edir
Ceyran Novruzova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 114 nömrəli tam orta məktəbin direktoru Əməkdar müəllim
44 günlük və böyük zəfərlə bitən müharibədən sonra Azərbaycan bu gün xarici dövlətlər üçün təhlükəsiz və sabit inkişaf edən ölkələr sırasındadır. Bunu cənab Prezident İlham Əliyevin xarici ölkələrə olan səfərləri və imzalanan müqavilələr təsdiq edir. Ölkə başçısının bu ölkəyə rəsmi səfərləri, münasibətləri əməkdaşlığı daha da gücləndirəcək. Azərbaycan – Litva arasında diplomatik münasibətlər hələ ulu öndər Heydər Əliyevin vaxtında 1995-ci ildə qurulub və ölkələr arasında 40-dan çox sənəd imzalanıb. Bu sənədlər içərisində 2007-ci ildə Vilnüsdə imzalanan “Azərbaycan Respublikası Prezidenti və Litva Respublikasının Prezidentlərinin Tərəfdaşlıq münasibətlərinin inkişafı haqqında Birgə Bəyannamə” xüsusi yer tutur.
22 may Litva səfərində isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Litva Prezidentinin iştirakı ilə Azərbaycan-Litva sənədlərinin imzalanması mərasimi olub:
1. “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Litva Respublikasının Ətraf Mühit Nazirliyi arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair Saziş”
2. “Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə Litva Respublikasının Sosial Təhlükəsizlik və Əmək Nazirliyi arasında gənclər siyasəti sahəsində əməkdaşlıq haqqında Saziş”
3. “Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Litva Respublikasının
Baş Prokurorluğu arasında 2024-2025-ci illər üçün Əməkdaşlıq Proqramı”.
Azərbaycanın Avropa İttifaqının bəzi ölkələri ilə əməkdaşlığa malik olması ölkəmizin mövqeyini gücləndirir. Bu ən çox da Mərkəzi və Şərqi Avropa ölkələrində ölkəmizin mövqeyi xüsusilə əhəmiyyətli dərəcədə artırıb. Litva Prezidentinin qeyd etdiyi kimi, Azərbaycan Avropa İttifaqının enerji sahəsində əməkdaşlığını yüksək qiymətləndirir, həmçinin Azərbaycanın Avropa İttifaqının qış ayları üçün qaz təchizatının və enerji təhlükəsizliyini təmin etdiyini bir daha bəyan etdi. Avropa ilə Asiyanı birləşdirən nəqliyyat-kommunikasiya imkanlarını genişləndirmək ilə bağlı Vilnüs və Bakı razılığa gəlib. Bu səfər bu əməkdaşlığın daha da güclənməsinə təkan verəcək. Belə ki, Azərbaycan iqtisadiyyatı, informasiya texnologiyaları, logistika, istehsal, qabaqcıl ərzaq sənayesi, bərpa olunan enerji kimi müxtəlif sahələri litvalı iş adamlarını cəlb edir.
Litva Prezidenti çıxışında eyni zamanda Azərbaycanla Ermənistan arasında münaqişənin diplomatik yolla dinc, dayanıqlı həllinin tərəfdarı olduğunu bildirdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Vilnüs biznes forumundakı çıxışı zamanı qeyd etdi ki, bərpa olunan enerji istehsalı sahəsində Xəzər və Baltik dənizlərində böyük külək enerji potensialı var. Eyni zamanda ölkə başçısı Azərbaycanın enerji təhlükəsizliyinin mövcud olduğunu, lakin ixrac məqsədilə təbii qaza qənaət etmək, elektrik enerjisinin istehsalı üçün günəş və külək enerjilərindən istifadə etməyin daha məqsədəuyğun olduğunu bildirdi. Daha sonra cənab Prezident İlham Əliyev Azərbaycanda iqtisadiyyatın sabitliyi, münbit investisiya şəraitinin olmasını da vurğulayıb, iqtisadiyyatın şaxələndirilməsi və enerji sektorundan asılılığın azaldılmasına çalışdığını diqqətə çatdırıb. Azərbaycanın dünya ölkələri arasındakı mövqeyinin möhkəmləndirilməsi, heç sübhəsiz, cənab Prezident İlham Əliyevin yüksək əməyinin nəticəsidir.