Azərbaycan-Litva münasibətləri Avropa İttifaqı ilə əlaqələrin inkişafında mühüm rol oynayacaqdır
Könül Hümbətova
16 saylı Uşaq Poliknikasının baş həkimi
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Azərbaycan öz təbii sərvətləri ilə dünya ölkələrinin diqqətini cəlb edir. Ölkəmiz sərvətləri ilə zəngin olsa da neft-qaz sahəsi daha da önə çıxır. Azərbaycan ərazisinin 2/3 hissəsi neft və qaz yataqları ilə zəngindir. Zəngin enerji resursları həm ölkəmizin iqtisadi potensialını gücləndirir, həm də regional əməkdaşlıqda çox mühüm rol oynayır. Neft kəmərləri Azərbaycan neftini dünya və Avropa bazarlarına çıxarır. Bu gün yeni bazarlarda Azərbaycan qazına ehtiyac günbəgün artmaqdadır. Azərbaycan 4 qonşu ölkəyə - Türkiyə, Rusiya, Gürcüstan və İrana elektrik enerjisi ixrac edir. Ölkəmiz olduqca zəngin alternativ enerji potensialına malikdir. Azərbaycanın artan iqtisadi qüdrəti ölkəmizə olan marağı artırmaqla yanaşı, beynəlxalq və regional əməkdaşlıq sahəsində də öz sözünü deməkdədir.
Prezident cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyeva Litva Respublikasında rəsmi səfərdə olub. Bu səfər ölkəmiz üçün çox mühüm əhəməiyyət kəsb edib. Səfər zamanı bir çox mühüm görüşlər keçirilib, vacib sənədlər imzalanıb.
Azərbaycan-Litva münasibətləri Avropa İttifaqı ilə əlaqələrin inkişafında mühüm rol oynayacaqdır. Azərbaycanın təbii sərvətlərinin Avropa bazarlarına çıxarılması ölkəmiz üçün böyük əhəmiyyəti vardır. İxracatın ildən-ilə artması Azərbaycanın dünya bazarında tanınmasına və inkişafına köməlik göstərir.
Litvada və Azərbaycanda bərpa olunan enerji növlərinin yaradılması ilə bağlı işlər aparılır. İki ölkə arasında əməkdaşlığın genişləndirilməsi üçün önəmli addımlar atılılmaqdadır. Azərbaycan və Litva arasında qabaqkı illərdə iqtisadiyyatın başqa sahələri üzrə də işlərin görüləcəyi gözlənilir.
Prezident cənab İlham Əliyev 22 may tarixində Litvada rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanatda demişdir:“Ötən ilin iyulunda Avropa Komissiyası və Azərbaycan Enerji sahəsində Strateji Tərəfdaşlıqla bağlı Anlaşma Memorandumunu imzaladılar. Onun əsasında 2027-ci ilə qədər Avropaya təbii qaz təchizatımızı iki dəfə artırmağı planlaşdırırıq. 2021-ci ildə Avropaya təbii qaz təchizatımız 8 milyard kubmetr olmuşdur, bu il isə 12 milyard kubmetr olacaq və 2027-ci ilə qədər 20 milyard kubmetrə çatdırılacaq. Avropanın etibarlı təchizatçısı kimi Azərbaycan bu gün nefti, təbii qazı və elektrik enerjisini ixrac edir. Ölkəmiz hidrogeni, o cümlədən yaşıl hidrogeni ixrac etməyi planlaşdırır.”
Hazırda Cənub Qaz Dəhlizinin istifadəyə verilməsi ölkəmizi Avropanın enerji təchizatında mühüm faktora çevirdi. Hazırda Azərbaycan Avropa dövlətlərinin diqqət mərkəzindədir.
Azərbaycan Prezidenti, həmçinin bərpaolunan enerji mənbələrinə qoyulan sərmayələrin təbii qaza ixrac məqsədləri üçün qənaət etmək imkanı yaradacağını diqqətə çatdırıb: “Avropanın etibarlı təchizatçısı kimi Azərbaycan bu gün nefti, təbii qazı və elektrik enerjisini ixrac edir. Biz hidrogeni, o cümlədən yaşıl hidrogeni ixrac etməyi planlaşdırırıq. Bütün bunlar bizim Avropa İttifaqı ilə əməkdaşlığımızın strateji çərçivəsinin bir hissəsidir. Biz Azərbaycanın və Avropa Komissiyasının daha yaxın olmaq səylərinə verdikləri daimi dəstəyə görə litvalı dostlarımıza və tərəfdaşlarımıza minnətdarıq”.