YAP Suraxanı rayon təşkilatının ərazi partiya təşkilatında seçki iclası keçirilmişdir

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının Qaraçuxur qəsəbəsi Yeni Günəşli "D" yaşayış sahəsi ünvanında yerləşən ərazi partiya təşkilatının üzvlərinin iştirakı ilə toplantı keçirilmişdir. YAP üzvləri ilə görüşdə YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Kürsüm Həsənova iştirak etmişdir.
YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Kürsüm Həsənova iclası açıq elan etdikdən sonra Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü, dövlət müstəqilliyi, suverenliyi uğrunda canını fəda etmiş qəhrəman vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Kürsüm Həsənova bugünkü iclasın gündəliyində bir məsələ - ƏPT-nin sədrinin seçilməsinin nəzərdə tutulduğunu iclas iştirakçılarının diqqətinə çatdırdı.
ƏPT-nin hal-hazırki sədri Axirə Məmmədova öz xahişi ƏPT-nin sədrliyindən istefa verdiyini və ƏPT-nin sədri vəzifəsinə üzvlərin yekdil qərarı ilə Abdullayeva Yeganə Babaverdi qızının namizədliyinin irəli sürüldüyünü bildirmişdir.
ƏPT-nin üzvlərinin səsverməsi nəticəsində Abdullayeva Yeganə Babaverdi qızı sədr seçilmişdir.
Yeni seçilmiş ƏPT-nin sədri Yeganə Abdullayeva göstərilən etimada görə YAP üzvlərinə öz dərin minnətdarlıqlarını bildirərək, demişlər ki, ƏPT-də bundan sonra da ideoloji işin gücləndirilməsi, səmərəliliyinin artırılması və üzvlərin uçotunun operativliyi, dəqiqliyi yüksək səviyyədə aparılacaqdır.
YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Kürsüm Həsənova çıxış edərək ƏPT-nin yeni seçilmiş sədrinə gələcək fəaliyyətlərində uğurlar arzulayaraq demişdir ki, Qaraçuxur qəsəbəsi Yeni Günəşli "D" yaşayış sahəsi ünvanında yerləşən ərazi partiya təşkilatında partiya işinin təşkili qənaətbəxşdir. Bundan sonra da ideoloji işin gücləndirilməsi, səmərəliliyinin artırılması və üzvlərin uçotunun operativliyi, dəqiqliyi diqqət mərkəzində saxlanılmalıdır.
Daha sonra ƏPT üzvləri tərəfindən verilən suallar cavablandırılmışdır.