Zəfər paradında 150-yə qədər hərbi texnikanın, ələ keçirilmiş hərbi qənimətlərin nümayişinə baxıldı
Mətanət Şahəliyeva
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 146 nömrəli tam orta məktəbin müəllimi
Keçən 10 illər boyu Azərbaycan xalqını yer üzündən silmək üçün hər cür alçaqlığa əl atılmış, nəhayət 1988- ci ildə başlanan hadisələr nəticəsində həm Qarabağ, həm də onun ətrafındakı rayonlarımız əlimizdən alınmışdır. Bir milyondan çox qaçqın və məcburi köçkün həm Qərbi Azərbaycandan, həm də Qarabağ zonasından məcburi köçkün düşmüdür. 2020–ci ilin sentyabr ayına qədər xalqımız ancaq yuxularında vətən torpağına, dədə-baba yurduna gedə bilərdi.
Ümummilli lider Heydər Əliyevin inandığı dövlət başçımız İlham Əliyevin apardığı siyasət uzaqgörən insanların qəlbində son ümidi sönməyə qoymurdu. Nəhayət,vaxt yetişdi. Döyüş zamanı səngərdə həlak olan general-mayor Polad Həşimovun igidliyi sanki xalqı yenidən birləşdirdi. Xalq ayağa qalxıb Ali Baş Komandanın əmrini gözlədi. Uzaqgörən siyasətçi, hər şeyin dəqiq vaxtını bilən, məqmında hər şeyə hazır olan dövlət başçısı son qərarını verdi və düşmən hücumlarının qarşısını almaq, düşmənə yerini dəqiq göstərmək, xalqın milli mənlik və qürur hissini özünə qaytarmaq üçün sözdən işə keçmək vaxtı çatdı. “Qarabağ Ermənistandır.” deyən düşmənə “Qarabağ Azərbaycandır!” deyən dövlət başçısı “hücum əmrini verdi. 44 günlük müharıbə Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.”Şuşa əməliyyatı” dünya hərb tarixinin dərsliyinə daxil edildi.
8 Noyabr Azərbaycan tarixində “Zəfər Günü “ kimi qeyd edildi. Az keçmədi ki, kapitulyasıya aktına qol çəkən düşmən Ağdamı, Kəlbəcəri, digər bölgələri döyüşsüz boşaltmağa məcbur oldu. 10 dekabrda Qələbə paradı təşkil edildi. ”Dəmir yumruq” əməliyyatının sevincini yaşamaq üçün Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə tribunadan qalib ordunun əsgərlərini - 3000 nəfərdən çox şəxsi heyəti salamladı. Zəfər paradında 150-yə qədər hərbi texnikanın, düşməndən ələ keçirilmiş hərbi qənimətlərin, onlarla digər müasir silahların nümayişinə baxıldı.
O tarixi hərbi paraddan artıq üç il keçir. Bir Azərbaycan vətəndaşı kimi o anlara qayıdanda həm qürur, həm də fərəh hissi keçirirəm. Rəcəb Tayyib Ərdoğanın dediyi sözləri yada salıb kövrəlirəm ”Əhməd Cavadın, Nuru Paşanın, Mübariz İbrahimovun ruhları sevinir”. Yox, sevinən təkcə o ruhlar deyil. Birinci və İkinci Qarabağ müharibəsində həlak olan bütün şəhidlərin ruhu sevinir, Vətən həsrəti ilə dünyasını dəyişənlərin ruhu sevinir, müqəddəs yerlərin əsl sahiblərinin ,son mənzili olan dağıdılmış məzar sahiblərinin ruhu sevinir. Bütün türk xalqı sevinir. Zəfər paradında tribunadan Türkiyə Prezidentinin cənab R.T.Ərdoğanın “Arazı ayırdılar” şeirini söyləməsi bir çoxlarının narahatlığına səbəb oldu.
Həmin paradda Azərbaycan Respublikasının qalib Prezidenti İlham Əliyevin dediyi ” Erməni faşizmi yenidən ayağa qalxarsa, nəticə eyni olacaq!” ifadəsi az keçmədi ki, 19 sentyabr 2023-cü il tarixində birgünlük antiterror əməliyyatı zamanı olanlarla təsdiqini tapdı. 10 dekabr paradından sonra növbəti Zəfər paradı gəldi. Üçrəngli bayrağımız xanın kəndində - Xankəndində şərəflə dalğalandı. Qalib ordunun zəfər nəğməsi Xankəndində eşidildi.
Zəfərlərin bol olsun, Azərbaycan! Dostluğun, birliyin möhkəm olsun, türk xalqı!