XANKƏNDİNDƏ İQTİSADİ ƏMƏKDAŞLIQ TƏŞKİLATININ 17-Cİ ZİRVƏ TOPLANTISI KEÇİRİLMİŞDİR

XANKƏNDİNDƏ İQTİSADİ ƏMƏKDAŞLIQ TƏŞKİLATININ 17-Cİ ZİRVƏ TOPLANTISI KEÇİRİLMİŞDİR

Yasin Quliyev

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

Suraxanı rayonu 316 nömrəli tam orta məktəbin direktoru

4 iyul 2025-ci ildə qədim Azərbaycan torpağı olan Qarabağda,daha dəqiq desək Xankəndi şəhərində çox mötəbər beynəlxalq təşkilatlardan olan ECO-nun zirvə toplantısı keçirilmişdir. Bəlkə də, Xankəndi şəhəri tarixinin ən böyük və ən mühüm tədbirinə ev sahibliyi edirdi. Bəli, cəmi 2 il əvvəl separatçıların yuvası sayılan bu qədim Azərbaycan şəhəri  azad ediləndən qısa vaxt sonra bərpa edilməyə başlanıldı və artıq bugün beynəlxalq tədbirlərə ev sahibliyi edir. Doğrudan da çox möhtəşəm hadisədir!

Zirvə toplantısına ölkəmizlə yanaşı Türkiyə, İran, Pakistan, Özbəkistan, Qırğızıstan prezidentləri, eləcə də birçox dövlətlərin hökumət başçıları və nazirləri qatılmışdır. Qeyd edək ki,ölkəmiz bu mötəbər təşkilata 2006-cı və 2012-ci illərdə də ev sahibliyi etmişdir. Zirvə toplantısının açılışında çıxış edən Prezident cənab İlham Əliyev öz nitqində mühüm məqamlara toxunmuşdur. Qədim Azərbaycan torpağı olan Qarabağda qonaqları salamlamaqdan məmnun olduğunu bildirən prezident bildirmişdir ki, 30 il ərzində ölkəmizin 20% ərazisini işğal altında saxlayan ermənilər burada vandalizm hərəkətləri etmiş,yaşayış məntəqələrini, 67 məsciddən 65-ni, hətta qəbir abidələrini dağıtmışdır.

İşğal dövründə Azərbaycanın xəbərdarlıqlarına nə Ermənistan,nə də onun havadarları məhəl qoymamışdır.Onun üçündə Azərbaycan 2020-ci ildə torpaqlarını azad etmək üçün əməliyyata başlamış, 44 gün ərzində düşməni məhv etmiş,300 civarında yaşayış məntəqəsini azad etmiş,Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur olmuşdur.Bugün Qarabağın hər tərəfində geniş abadlıq-quruculuq işləri həyata keçirilir.

Artıq Qarabağda 16 yaşayış məntəqəsi tam tikilmiş və məcburi köçkünlərin bir qismi oraya köçürülmüşdür. Ümumilikdə isə bugün Qarabağda daimi yaşayan və iş üçün gedən vətəndaşların ümumi sayı 50.000 nəfərdir. Cənab İlham Əliyev çıxışında 2026-cı ildə Şuşanı ECO-nun turizm paytaxtı elan etdikləri üçün üzv dövlətlərə təşəkkür etmişdir.

Çıxışında Qərbi Azərbaycan məsələsinə də toxunan cənab Prezident bildirmişdir ki, İstanbul bəyannaməsində İslam Konfransı Təşkilatının 57 üzvü də yekdilliklə Qərbi Azərbaycandan deportasiya olunan insanların öz doğma yurdlarına qayıtmasına dəstək ifadə etmişdir. İlham Əliyev bildirmişdir ki, onların öz yurdlarına qayıtması təbii hüquqlarıdır və Ermənistan buna mane olmamalıdır.

Çıxışında ECO-nun iş prinsipinə toxunan prezident bildirmişdir ki,bu il təşkilat tarixində ilk dəfə Şuşada təşkilatın Biznes forumu, Ağdamda Gənclər forumu, Laçında isə Qadınlar forumu da keçirilir.

Beləliklə, ölkəmiz daha bir beynəlxalq zirvə toplantısına uğurla ev sahibliyi etdi. Əlbəttə bugünədək ölkəmiz saysız-hesabsız zirvə toplantılarına ev sahibliyi etmişdir. Lakin bu zirvə toplantısı onlardan çox fərqlidir. Fərq də onun məhz Xankəndində keçirilməsi oldu. Dağıdılan şəhərdən bərpa olunan şəhərə! Hərşey Ordumuzun, Ali Baş Komandanın və Dövlətimizin gücü