Azərbaycan Avropa məkanında hər zaman öz sözünü demişdir

Azərbaycan Avropa məkanında hər zaman öz sözünü demişdir
Ceyran Novruzova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 114 nömrəli tam orta məktəbin direktoru
Azərbaycan müstəqil dövlət olaraq 30 ilədək işğal altında qalan ərazilərini işğaldan azad etdikdən sonra Avropa Şurası Parlament Assambleyyası adlı qurumun məkrli niyyəti dövlətimizə qarşı daha qabarıq şəkildə özünü biruzə verməyə başladı. Belə ki, 30 ilədək 1 milyondan artıq insanın öz ata baba yurdlarından qovulmasını unudan qurum 100 min erməni əhalinin hüquqlarını müdafiəsi adı altında Azərbaycana qarşı qərəzli mövqe sərgiləməyə başladı.
Belə ki, 2001 ci ildən bu günə qədər Avropa Şurası Parlament Assambleyyası əsas dəyər və prinsiplərə əks olan proseslərə öz iradını bildirməyib. Azərbaycan müstəqil suveren dövlət olaraq bu quruma dövlətimizin ərazi bütövlüyü hüquqlarının pozulmasını Avropa və digər dünya dövlətlərinə çatdırmaq məqsədilə daxil olmuşdu. Lakin bu qurum bu yöndə öz öhdəsinə düşən heç bir prinsipə önəm verməyərək ikili siyasət yürütmüşdü.
Artıq Azərbaycan siyasi-hərbi yolla öz torpaqlarını işğaldan azad etdi və öz ərazi bütövlüyünü təmin etdi. Lakin dövlət olaraq bir daha 2001 ci ildən bu təşkilatın Azərbaycanın maraqlarını təmin etmək prinsiplərinə hörmətlə yanaşmaq istiqamətində faktiki bir iş gördüyünün şahidi olmadıq. Hər zaman irqçi və islamafobiya prinsipləri ilə fərqlənən Fransa isə qrumun əsas prinsiplərinə qarşı öz mövqeyini Almaniya nümayəndə heyyəti ilə birləşərək açıq aşkar dövlətimizə qarşı qərəzli mövqe sərgilədi. Fransanın bu qurumda Azərbaycana qarşı qərəzli mövqeyi Azərbaycanın 2023-cü il sentyabr ayında keçirilmiş antiterror əməliyyatlarına qarşı çıxışlarında daha aşkar göründü.
Nəticə etibarilə Avropa Şurası Parlament Assambleyası missiyası 2020 ci ildən bu günədək ölkəmizə səfər cəhdi yalnız ermənilərin hüquqlarının müdafiəsi prinsipi olub. Azərbaycanın post müharibə dönəmində sülh prinsipi məqsədli şəkildə gözardı edilməklə yanaşı müstəqil, ərazibütövlüyü prinsipimzə qarşı olaraq erməni separatçılarını müxtəlif silah və hərbi texnikailə Laçın Xankəndı yolu ilə cəhdlər etmişdi.
Avropa Şurası Parlament Assambleyyasında mövcud olan dözülməz irqçilik, Azərbaycanafobiya mühitinə qarşı Azərbaycan nümayəndə heyyəti Avropa Şurası Parlament Assambleyyası ilə əməkdaşlığı və qurumda iştirakını qeyri-müəyyən müddətə haqlı olaraq dayandırmaq qərarına gəldi. Belə bir irqçi, insan hüquq və azadlıqlarını heçə sayan qurum və təşkilat nə dünyaya nə Avropa dövlətlərinə lazım deyil. Bu qurum özününsüqut dövrünə qədəm qoyub. Fransa prezidenti Emmanuel Makronun həyata keçirdiyi uğursuz siyasət xalqının ona olan etimadını puça çıxardığı üçün hakimiyyətdə qalma planları yolunda bir daha erməni lobbisinə ümid bəslədiyini nümayiş etdirmiş oldu. Nəticə etibarilə 7 fevral Azərbaycanda Prezident seçkiləri günü Avropanın bu təşkilatının Azərbaycanda müşahidəçi qismində iştirakı üçün dəvəti dayandırıldı.