Azərbaycanla Gürcüstan arasında əlaqələrin qədim və zəngin tarixi var

Həqiqət Məmmədova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu, Yeni Suraxanı bələdiyyəsinin sədri
Bildiyiniz kimi prezident İlham Əliyev Gürcüstan Prezidenti Mixeil Kavelaşvili ilə görüşündən sonra mətbuata bəyanat vermişdir. Bəyanatda ölkələrimizin ərazi bütövlüyü ilə bağlı qarşılıqlı dəstəyin ifadə olunması hər 2 dövlətin suverenliyi ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığının dəstəklənməsi barədə açıqlama verilmişdir. Həmçinin prezident İlham Əliyev Gürcüstan Prezidentinin Azərbaycana səfərinin böyük əhəmiyyət daşıdığını da vurğulamışdır.
Eyni bölgədə yerləşdiklərindən Azərbaycanla Gürcüstan arasında əlaqələrin qədim və zəngin tarixi var. Tarixin ən ağır sınaqlarında çıxan bu əlaqələr mərhələ ilə inkişaf edib və hər dəfə yeni mahiyyət kəsb edir.
Eyni zamanda, energetika nəqliyyat və digər sahələrdə həyata keçirilən layihələr qarşılıqlı əlaqələri güclənməsinə, bölgədə gedən proseslərə müsbət təsir göstərir.
Hər iki ölkənin parlamentləri ilə görüşdə ölkələrimiz arasında dostluq əlaqələrinin çox intensiv və güclü olması bu münasibətləri daha da möhkəmləndirmək baxımından davamlılığı mühüm əhəmiyyət kəsb edir.