Azərbaycanın növbəti dəfə Beynəlxalq arenada nüfuzu artmışdır

Azərbaycanın növbəti dəfə Beynəlxalq arenada nüfuzu artmışdır

Ayidə Niyazi

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

8 saylı Birləşmiş Uşaq Xəstəxanasının şöbə müdiri

2022-ci ilin 02 sentyabr tarixində İtaliyanın Çernobbio şəhərində keçirilən 48-ci Beynəlxalq Çernobbio forumunda Azəbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxışını böyük fəxrlə, maraqla dinlədik. Enerji təhlükəsizliyi məsələsində Azərbaycanın enerji strateqiyasının mərhələlərindən danışan cənab Prezident bunu müstəqil Azərbaycanın tarixi mərhələlərinin gedişi ilə əlaqələndirdi.

Prezident Enerji sahəsində əlaqələrin həmçinin dünyada qlobal vəziyyətdən də asılı olduğunu və bunun öncədən təxmin etməyin çətin olduğunu qeyd etmişdir. Lakin enerji təhlükəsizliyinin milli təhlükəsizlik demək olduğunu qeyd edərək, cənab Prezident, bu məsələlərin Azərbaycan üçün böyük maraq  kəsb etdiyini vurğuladı.

“The European House – Ambrosetti” beyin mərkəzində vacib tədbirdə çıxış edən cənab Prezident İtaliya və Azərbaycan arasında sıx əməkdaşlıq və strateji tərəfdaşlıq zəminində enerji, iqtisadi inkişaf məsələləri, təhsil sahəsində də geniş məsələlərin müzakirəsini aparmışdır. Bu müzakirələrdə iştirak etmək Azərbaycanın növbəti dəfə Beynəlxalq arenada nüfuzu artırmışdır.

Beynəlxalq Çernobbio Forumunda dünyanın aparıcı ölkələrinin dövlət və hökumət başçıları, nüfüzlu şəxslər iştirak edərək yüksək səviyyəli müzakirə platformasında çıxış edirlər.

Hörmətli ölkə başçımız İlham Əliyevin Beynəlxalq Çernobbio Forumunda birinci növbədə Azərbaycan üçün vacib məsələləri diqqətə çatdırması böyük fəxrdir.