Azərbaycan yeni dövrə yeni arzularla, yeni hədəflərlə addımlayır

Azərbaycan yeni dövrə yeni arzularla, yeni hədəflərlə addımlayır

Aygün Cəfərova

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı rayonu, 262 saylı körpələr evi və uşaq bağçasının müdiri

Hazırki dövrdə ölkəmizin qarşısında böyük vəzifələr durur. Beləki Azərbaycan xalqı güclü iradə, birlik nümayiş etdirərək 30 il davam edən işğala son qoydu.

2024 cü il tarixdə yadda qalan bir il oldu. Beləki, Prezident və Parlament seçkiləri bütün ərazilərimizdə keçirilərək bir daha Azərbaycan xalqı öz iradəsini ortaya qoydu. Tarixi anlar yaşadıq,ilk dəfə idi suverenliyimizin bərpa olunması şəraitində Sentyabrın 1-də Azərbaycanda Milli Məclisə növbədənkənar Seçkilər keçirildi. Bu 200- illik milli ideyanın qələbəsi idi. Biz bu qələbələrlə yanaşı dayanıqlı dövlət modelinin həyata keçirilməsi üçün atacağımız addımlar hələ qarşıda çoxdur. Ən vacib addımlar təhlükəsizlik məsələsidir.

Prezident cənab İlham Əliyevin 23 sentyabr 7-ci Çağırışdakı çıxışı gələcəyə yol xəritəsi idi , eyni zamanda mesaj tərkibli nitq idi. Cənab Prezident İlham Əliyev geniş tərkibli çıxışında təhlükəsizlik məsələlərinə toxundu.Bugün qüdrətli Azərbaycanı həzm etməyən qüvvələr təəssüfki var. Buna görə də biz hərbi gücümüzü bütün dünyaya nümayiş etdirmişik.

Hal-hazırki dövrdə dünyada baş verən prosesləri analiz etsək belə qənaətə gəlmək olarki, dünya ölkələri qeyri-sabitlik dövrünə qədəm qoyub.Bu qeyri-sabitlik dövrünə qədəm qoymuş dünyada Azərbaycan bir sabitlik adasıdır. Bu sabitliyi qorumaq üçün güc faktorunu unutmamalıyıq. Biz qələbəmizin və ədalətimizin təntənəsini də bu güc faktorumuz vasitəsilə əldə etmişik. Dayanıqlı vəziyyətimizi də hərbi gücümüz hesabına təmin etməliyik. Cənab Prezident İlham Əliyevin Parlamentdəki çıxışındakı təhlükəsizliklə bağlı fikirlərinin məğzi bundan ibarət idi.

Parlament diplomatiyasının önəmi çox mühümdür. Beləki, keçiriləcək beynəlxalq tədbirlərdə müxtəlif ölkələrin Parlamentləri ilə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında Parlamentin fəaliyyəti mühüm rol oynayacaqdır.Əsas məsələ həm daxili, həm də xarici siyasətin həyata keçirilməsində xüsusən deputatların aktiv şəkildə  bu prosesə öz töhvəsini verməsi mühümdür. 


Azərbaycanın bundan sonrakı inkişafında Milli Məclis və onun deputatları öz işi ilə ölkəmizin hərtərəfli inkişafına öz töhvəsini  verəcək və Azərbaycanın dayanıqlı inkişafını təmin edəcəkdir.