Azərbaycan Rumıniyanın beynəlxalq səviyyədə əməkdaşlığa maraq göstərdiyi ölkələr arasında xüsusi yer tutur
Qurbanəli İslamov
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı Rayonu, Hövsan Qəsəbə İnzibati Ərazi Dairə üzrə Nümayəndəsi
Azərbaycan dünyanın enerji təhlükəsizliyinin təminatına davamlı töhfələri ilə beynəlxalq aləmin diqqətindədir. Ölkəmizin iştirakçısı və təşəbbüskarı olduğu enerji layihələri dövlətlər, xalqlar arasında körpü roluna yeni əlavələr etməklə tərəfdaşların coğrafiyasının genişlənməsində öz sözünü deyir.
Rumıniyanın beynəlxalq səviyyədə əməkdaşlığa maraq göstərdiyi ölkələr arasında Azərbaycan xüsusi yer tutur. Rumıniya ilə Azərbaycan 30 il ərzində gözəl diplomatik və siyasi münasibətlərə malikdir. İki ölkə arasında prioritet əməkdaşlıq istiqamətlərindən biri də nəqliyyat sahəsidir. Bu gün Bakı və Konstansa limanları arasındakı əməkdaşlığın dərinləşdirilməsi üçün çox yaxşı imkanlar var. Ümumiyyətlə, Azərbaycan Ruminiya arasında olan əməkdaşlığı genişləndirmək üçün bir çox imkanlar mövcuddur. Qaz, yaşıl enerji dəhlizləri, eləcə də nəqliyyat sahəsində olan münasibətlər dövlətlərarası əlaqələr üçün geniş imkanlar açacaq.
Qarşılıqlı əməkdaşlıq münasibətləri çərçivəsində cari ilin 2 fevral tarixində Rumıniya Prezidenti KlausYohannisin Azərbaycana səfəri baş tutmuşdur. Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rumıniya Prezidenti KlausYohannis mətbuata bəyanatlarla çıxış ediblər. Azərbaycan Prezidenti İlham Əliyev Rumıniya Prezidenti Klaus Yohannis ilə birgə mətbuata bəyanatında iki ölkə arasında strateji tərəfdaşlıq əlaqələrinin, yüksək səviyyəli qarşılıqlı səfərlərin və görüşlərin əhəmiyyəti vurğulanıb Beləliklə, Prezident Klaus Yuhannisin Bakıya səfəri çərçivəsində ölkələrimiz arasında əməkdaşlığın şaxələndirilməsinə dair yeni sənədlərin imzalanması, Azərbaycan və Rumıniya arasında yeni layihələrin icrası iki ölkə arasındakı iqtisadi əməkdaşlığın daha dərinləşməsinə imkan verəcək.
Uzun illər ərzində Azərbaycanın neft şirkəti SOCAR Rumıniyada fəaliyyət göstərir, 70-dən çox yanacaqdoldurma stansiyası və bir neçə yanacaq deposu var. Üstəlik bu ölkədə şirkətin digər neft məhsulları müəssisələri də mövcuddur. SOCAR-ın Rumıniyada yanacaqdoldurma məntəqələrinin sayını daha da artırmaq fikirləri var.
Rumıniya ilə əlaqələri yaxşılardırmaq və yeni işlərə imza atmaq ildən ilə möhkəmlənir. Azərbaycanla Rumıniya arasında diplomatik əlaqələrin əsası 1992-ci ildə qurulub. Həyata keçirilən çoxtərəfli və balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan regionun ən güclü və suveren aktoruna çevrilib. Bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları tərəfindən Azərbaycan Cənubi Qafqazın təhlükəsizlik qarantı, inkişaf mənbəyi adlandırılıb. Azərbaycanla Rumıniya arasında siyasi, iqtisadi, ticari, mədəni və bir çox digər sahələrdə əməkdaşlıq münasibətləri dinamik inkişaf edir.
Bir sözlə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Rumıniya Prezidenti Klaus Yohannisin Azərbaycana səfəri zamanı verdiyi bəyanat göstərir ki, çox önəmli strateji tərəfdaşlıq platformuna əsaslanaraq ölkələrimiz müasirliyə doğru, inkişafa doğru, enerji təhlükəsizliyinə doğru çox önəmli addım atmış oldular və əminliklə qeyd etmək lazımdır ki, eyni zamanda həm qaz, həm yaşıl enerji dəhlizləri, o cümlədən nəqliyyat sahəsində də uğurlu nəticələr əldə olunacaqdır.