Azərbaycan AQEM-də 2024-2026-cı illər üzrə sədrliyinə böyük məsuliyyətlə yanaşır
Həqiqət Məmmədova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, Yeni Suraxanı Bələdiyyəsinin sədri
Prezident İlham Əliyevin oktyabrın 15-də Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşündə səsləndirdiyi fikirlər Azərbaycanın müasir beynəlxalq münasibətlər sistemində mövqeyini, müstəqil xarici siyasət kursunu və regional təhlükəsizliyin təmin olunmasına yanaşmasını əks etdirən mühüm siyasi mesajlarla zəngin idi.
Dövlət başçısı Asiya qitəsinin 90%-ni əhatə edən və 28 üzv dövləti bir araya gətirən AQEM regionda etimadın gücləndirilməsi və ölkələrarası əməkdaşlığın inkişafı baxımından çox əhəmiyyətli bir təsisat olduğunu "Azərbaycan AQEM-də 2024-2026-cı illər üzrə sədrliyinə böyük məsuliyyətlə yanaşır. Sədrliyimizin fəaliyyəti "Daha güclü AQEM, Asiyada bağlantılar, rəqəmsallaşma və dayanıqlı artım" mövzusu üzərində qurulur" deyə qeyd etdi.
Prezident İlham Əliyevin AQEM-in 7-ci Zirvə Görüşündəki çıxışı Azərbaycanın müstəqil xarici siyasət kursunun, milli maraqlara əsaslanan dövlətçilik strategiyasının və tarixi Zəfərinin beynəlxalq miqyasda təqdimatı baxımından mühüm əhəmiyyət daşıyır. Bu çıxış bir daha təsdiqlədi ki, Azərbaycan öz suverenliyini qətiyyətlə qoruyan, beynəlxalq hüququ müdafiə edən və regionda davamlı sülhün, təhlükəsizliyin və əməkdaşlığın təmin olunmasına töhfə verən güclü dövlətdir