Avropanın enerji xəritəsi yenidən cızılır
Nizaməddin Ağcayev
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 118 nömrəli tam orta məktəbin direktoru
Hər zaman ən böyük tərəfdaşlıqlara imza atan ölkəmiz bu gün də bu ənənə ilə davam edir. Böyük layihələr , ölkəmizi inkişafa aparacaq uğurlu tərəfdaşlıqlar bir daha ölkə prezidentinin uğurlu siyasətinin bariz nümunəsidir. Bu proseslər hər zaman davam edir , zəfər ölkəsini zirvəyə aparır.
Böyük tərəfdaslıqlardan biri də Azərbaycanın təbii qazının böyük təchizatına şərait yaradacaq layihədir ki, Azərbaycan imzası orada da yer almaqdadır . Belə ki , Yunanıstan ilə Bolqarıstan arasında interkonnektor vasitəsilə inteqrasiya layihəsi Azərbaycan təbii qaz təhizatının coğrafiyasını genişləndirmək imkanını yaratdı. Bu lahyihə Avropada enerji təhlükəsizliyinin gücləndirilməsinə artıq töhfə verir.
Azəbaycan Avropanın, təbii enerji, o cümlədən bir sıra digər sahələrdə etibarlı tərəfdaşıdır. İmzalanmış Anlaşma Memorandumu icra olunduqdan sonra Avropada enerji təhlükəsizliyini birmənalı olaraq gücləndirən və Azərbaycan üçün daha da artıq Avropa ölkəsinə qaz ixrac etməyə fürsət yaradacaqdır.
Təbii qaz Azərbaycanın Avropaya ixrac etdiyi yeganə enerji məhsulu deyil. İyirmi ildən artıqdır ki, ölkəmiz xam nefti ixrac edən iri təchizatı kimi etibarlı tərəfdaşdır. Neft-kimya məhsulları və elektrik enerjisi də ixracımızın bir hissəsidir.
Azərbaycan təkcə enerji sektorunda deyil, digər sahələrdə də Avropanın mühüm və sınaqdan çıxmış tərəfdaşıdır. Azərbaycan enerji təchizatı coğrafiyasını 6 ölkədən ən azı 10 ölkəyə çatdıracaq.
Slovakiyanın iqtisadiyyat naziri Karl Hirman isə Azərbaycanla əməkdaşlığın önəminə toxunaraq dedi: “Bu gün biz Anlaşma Memorandumunu imzalamaqla aydın siyasi mesaj göndəririk. Bu mesaj ondan ibarətdir ki, biz Avropaya təbii qazın idxalı üçün yeni dəhliz yaratmağa, tərəfdaşımız olan Azərbaycanla əməkdaşlıq etməyə və qaz təchizatının ümumi şaxələnməsinə töhfə verməyə hazırıq.”
Azərbaycan bərpaolunan enerjinin hesablanmış potensialı təxminən 200 qiqavatdır. Azərbaycan 25 qiqavatdan artıq bərpaolunan enerji sahəsində aparıcı beynəlxalq siniflərlə müqavilələri və anlaşma memorandurmlarını imzalayıb. İlk külək və günəş enerji stansiyalarının tikintisi başlayıb. Xəzər dənizinin Azərbaycan sektorunda 157 qiqavat enerji potensialı mövcuddur. Yaşıl enerjinin əsas ixrac istiqaməti Avropadır.
Bir sözlə, Avropanın enerji xəritəsi yenidən cızılır. Təbii ki, möhtərəm Prezidentimizin uzaqgörən siyasətinin nəticəsi olaraq, Azərbaycan hər zaman ən mühüm xəritələrdə böyük üstünlüklərə malik olacaqdır.