AŞPA-da Azərbaycana qarşı gedən proses təsadüfi deyil.
Aysel Mustafayeva
YAP Suraxanı rayon təşkilatının üzvü
Xarici dillər təmayüllü gimnaziyanın müəllimi
Son günlər Avropa Şurası Parlament Assambleyasının qərəzli davranışı və qəbul etdiyi qətnamə dünya mediasının,eyni zamanda Azərbaycan xalqının diqqət mərkəzindədir. Həqiqəti əks etdirməyən qərəzli çıxış və qabaqcadan planlaşdırılmış addımlar beynəlxalq riyakarlığın təzahürüdür.
AŞPA 23 oktyabr 2023-cü il tarixində “Dağlıq Qarabağda humanitar vəziyyət” adlı qətnamə qəbul edib. Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış yarım-sessiyasının açılış günündə (22 yanvar) AŞPA-da ölkəmizin nümayəndə heyətinin etimadnamələri təsdiq edilməmişdir. AŞPA-da Azərbaycana qarşı gedən proses təsadüfi deyil. AŞPA Azərbaycana problem yaratmaq, ölkəmizi gözdən salmaqdan başqa heç nə etmədi.Qərəzli və ünvanlı sifarişləri icra edən qurum AŞPA Almaniya və Fransanın əlində oyuncaqdır.
2023-cü ildə AŞPA missiyalarının Azərbaycana səfər cəhdləri yalnız erməni məsələsi ilə bağlı olub və təşkilatın prioritet məsələsini “ermənilərin hüquqları” təşkil edib. Belə ki, qurum Qarabağla bağlı, xüsusilə də Laçın dəhlizindən sərbəst və təhlükəsiz keçidin təmin olunması, Qarabağdakı humanitar vəziyyətə dair qətnamələrin yerinə yetirilməməsindən və yüz mindən çox erməni əhalinin bölgəni tərk etməsi ilə nəticələnən ötən ilin sentyabrında baş vermiş hərbi əməliyyatlardan narahatlıq keçirdiyini diqqətə çatdırıb. AŞPA 7 fevral tarixində Azərbaycanda keçirilməsi gözlənilən növbədənkənar prezident seçkisini müşahidə etmək üçün rəsmi Bakının quruma təklif göndərməməsindən də narazı qaldığını gizlətməyib.
Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi, Aİ Komissiyasının vitse-prezidenti Cozep Borrel Azərbaycana qarşı qərəzli mövqe sərgiləyir. AŞPA-nın hazırkı qərarının insan hüquqları ilə heç bir əlaqəsi yoxdur. Vaxtilə Azərbaycan Qarabağ probleminin həllinə görə Avropa Şurasına üzv olmuşdu.Hazırda Azərbaycanın regionda güc strukturu olması,inkişafı və 44 günlük müharibədə qazandığı zəfər bir çox qüvvələri narahat edir. Azərbaycan isə sadəcə sülh istəyir.