Aşıq Ələsgərin xatirəsinə dərin hörmətlə

Aşıq Ələsgərin xatirəsinə dərin hörmətlə
Kəmalə İbrahimova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu, 87 nömrəli tam orta məktəbin direktor vəzifəsini müvəqqəti icra edən
Şah İsmayıl Xətai möhtəşəm Səfəvilər dövlətini yaradandan sonra “İndi mənim vəzifəm məmləkətin sərhədlərini qorumaqdır”. Amma bu “qorumaq” sözü təkcə mühafizə etmək mənasında anlaşılmamalıdır. Çünki burada həm də sərhədlərin içərisindəkiləri inkişaf etdirmək məsələsi də var. İndi işğaldan azad olunmuş torpaqlar möhtəşəm tikinti abadlıq meydanına çevrilmişdir. Biz təkcə yenilərini yaratmırıq, eyni zamanda düşmənin murdar əli ilə dağıdılmışları da bərpa etdiririk. Bunun bariz nümunəsi təkcə Azərbaycanın yox, Türk dünyasının mədəniyyət mərkəzi olan Şuşada M.P.Vaqifin xatirə kompleksini və X.Natavanın ev muzeylərinin bərpasıdır.
Bunlu da, bunsuz da klassiklərimiz ölkəmizin rəhbərləyinin daim diqqət mərkəzində olmuşdur ki, bunlardan biri də Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi el sənətkarı Aşıq Ələsgərdir. Hələ 1970-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Aşıq Ələsgərin 150 illik yubileyi qeyd edilmişdir. Daha da maraqlısı və sevindiricisi budur ki, bu tədbir Sovet miqyasında qeyd olunmuş və bu münasibətlə də aşığın doğma kəndi Ağkilsədə onun abidəsi ucaldılmışdır. Abidə düşmənin gözünə bir ox kimi sancılmışdır. Buna görə də ondan əsər əlamət qoymamış, yerlə yeksan etmişlər.
Üç il bundan əvvəl isə Aşıq Ələsgərin adının əbədiləşdirilməsi üçün Prezident İlham Əliyev tərəfindən iki sərəncam imzalanmışdır. Bir sərəncama əsasən Aşıq Ələsgərin 200 illik yubileyi dövlət səviyyəsində qeyd edilmişdir. İkinci sərəncam əsasında onun abidəsinin ucaldılması məsələsi nəzərdə tutulmuşdur. Bu münasibətlə də 30 sentyabr tarixində həmin abidənin açılışı oldu və açılışda Prezident İlham Əliyev də iştirak etdi.
Aşıq Ələsgər erməni vəhşiliyini öz üzərində hiss etmiş sənətkardır. XX əsrin iyirminci illərində sənətkar ömrünün ixtiyar çağında doğma Vətənini tərk etmək məcburiyyətində qalmış, bir müddət Kəlbəcərin Yanşaq kəndinə sığınmışdır.
Atalarımız “Haqq incələr, üzülməz” demişlər. Biz irəlidə Şuşada Vaqifin, Natavanın daha neçə - neçə sənətkarın muzeylərinin bərpası barədə danışdıq. Çox çəkməz bu bərpaetmə işlərinə Zəngəzurda başlayar və Aşıq Ələsgərin abidəsi doğma Ağkilsə kəndində də bərpa olunar.