Aşıq Ələsgər Azərbaycan xalqının qəlbində bir günəş kimi daim işıq saçacaqdır

Aşıq Ələsgər Azərbaycan xalqının qəlbində bir günəş kimi daim işıq saçacaqdır
Bahar İsayeva
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 146 nömrəli tam orta məktəbin müəllimi
Prezidentimiz İlham Əliyev tərəfindən üç il bundan əvvəl 2 sərəncam imzalanmışdır. Bir sərəncam Aşıq Ələsgərin 200 illik yubileyi dövlət səviyyəsində qeyd olundu. İkinci sərəncam isə onun abidəsinin ucaldılması ilə bağlı idi.
Aşıq Ələsgər Azərbaycanın qədim torpağı olan Göyçə mahalının Ağkilsə kəndində yaşayıb yaratmIşdır. 1918-ci ildə erməni vəhşilərinin azərbaycanlıları qədim torpaqlarından–Qədim Azırbaycandan necə deportasiya etdiklərinin şahidi olmuşdur. Əfsuslar olsun ki, bizim xalqımız bundan sonra 2 deportasiyaya da məruz qalmışdır. Görkəmli aşıq ailəsi ilə birlikdə yaxınlıqda yerləşən Kəlbəcər rayonuna köçmüşdür. Amma Aşıq Ələsgərin qəlbində torpağa, yurda bağlılıq çox güclü idi. Bir müddət burda qaldıqdan sonra Vətən həsrətinə dözə bilmədi. Yenidən böyüyüb boya-başa çatdığı Ağkilsə kəndinə qayıtmalı olur. Bir müddət burada ömür sürdükdən sonra dünyasını dəyişir.
Ulu Öndər Heydər Əliyev Aşıq Ələsgəri yüksək qiymətləndirirdi. 1970-ci illərdə onun təşəbbüsü ilə Aşıq Ələsgərin 150 illik yubileyi qeyd edilmişdir. Onun Ağkilsə kəndində möhtəşəm bir abidəsini də ucaltdırmışdır.
Xalqımız erməni vandallarının vəhşiliklərinə məruz qalarkən bu ağlagəlməz hadisələr yaşandı. Onlar müqəddəs ziyarətgahlarımızı, qəbirləri dağıtmışdılar. Aşıq Ələsgərin məzarı da həmin dağıntılar arasında idi.
Aşıq Ələsgərin yaradıcılığı Azərbaycan xalqının yaddaşında silinməz izlər buraxmışdır. 105 il ömür sürən sənərkar bu yaşında belə, bütün təhlükələri adlamağa hazır idi. El sənətkarı Aşıq Ələsgər Azərbaycan xalqının qəlbində bir günəş kimi daim işıq saçacaqdır.
Qarabağın işğalından nə qədər məyus olsaq da, qəlbimizdəki inam hissi daim güclü olub. Qarabağı, Zəngəzuru azad etmək Azərbaycan xalqının mərd və iradəli oğulları sayəsində olmuşdur. Zəfər hər zaman bizimlədir və biz 8 Noyabr və 20 Sentyabr günlərini böyük qürurla anırıq.
8 Noyabr-Zəfər Günü və 20 Sentyabr-Dövlət Suverenliyi Günü tarixə qızıl hərflərlə yazılacaq günlərdir.