Ana dilimiz, milli kimliyimiz
Zəkiyyə Hacıyeva
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayon Heydər Əliyev Mərkəzinin baş fond müdiri
“Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm.” Heydər Əliyev
Əsirlərin sınağından çıxmış Azərbaycan dili dünyanın ən zəngin, ahəngdar və qüdrətli dillərindən biridir. Azərbaycan dilinin tarixi xalqın tarixi qədər qədimdir. Hər bir xalqın kökü öz ana dilindən başlayır. Dövlətin dövlət kimi qəbul edilməsi üçün ərazi, sərhəd və dil başlıca amildir.
Görkəmli maarifçi və ictimai xadim Azərbaycanda Milli Mətbuatın banisi hesab edilən Firudin bəy Köçərli demişdir: “Hər bir millətin özünəməxsus ana dili var ki, onun xüsusi malıdır. Ana dili millətin mənəvi diriliyidir. Ana südü bədənin mayası olduğu kimi, ana dili də ruhun qidasıdır. Hər kəs anasını və vətənini sevdiyi kimi ana dilini də sevir. Onu əziz tutmaq hər kəsin borcudur.”
Ölkəmizdə ana dilninin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapması ana dilimizin gözəl bilicisi, mahir natiq ulu öndər Heydər Əliyevin düşünülmüş siyasətinin nəticəsidir. Bu siyasətin əsası 1970-ci ildən qoyulub. Həmin il Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olan Heydər Əliyev Bakı Dövlət Universitetinin 50 illik yubileyində Azərbaycan dilində çıxış edib. 1978-ci ildə qəbul edilmiş Azərbaycan SSR-nin Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsi həmin dövr üçün çox mühüm əhəmiyyətə malik idi. Müstəqillik ərəfəsi və onun ilk illərində dilin adının dəyişdirilməsi ilə bağlı ənənələrin nəzərə alınmaması təəssüf doğurur. 1995-ci il konstitusiyasımızda isə dövlət dillinin adı bərpa olundur.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 18 iyun 2021-ci il tarixində imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərmanı Azərbaycan dilinin dövlət dili kimi statusunun daha da yüksəldilməsi, onun xalqın mənəvi sərvətinə çebrilməsi yolunda misilsiz bir addım oldu. Həmçinin, 30 sentyabr 2002-ci il tarixində “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, tətbiqi, qorunması, inkişaf etdirilməsi və dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni, özünümüdafiə ehtiyaclarının ödənilməsi istiqamətində daha bir uğurlu addım hesab edilir. Azərbaycan dilinin tətbiqi sahəsinin genişləndirilməsi və yad təsirlərdən qorunması,habelə,dilimizin saflığı uğrunda müəyyənləşən xətt Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Belə ki, ölkə başçısının 9 aprel 2003-cü ildə “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
Dilimizin inkişafına göstərilən dövlət qayğısı sonsuzdur. Belə ki, ölkə başçısının “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 1 noyabr 2018-ci il tarixli fərmanı ölkəmizdə dil siyasətinin önə çəkildiyini bir daha təsdiqləyir. Bu bir həqiqətdir ki, Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan dili dövlət dili kimi daha da inkişaf etdi. Bu gün hər bir vətən övladı Azərbaycan adlı məmləkətdə sevə-sevə böyüyür, böyüdükcə bu torpağa sevgisi, məhəbbəti də böyüyür. Dilimizi qoruyan, yaşadan xalqımızdır. Ulu millətimiz dilimizi tarixən yaşadıb, inkişaf etdirib, zəngin söz xəzinəsi yaradıb, sözü qızıldan qiymətli sayıb.