Almaniya prezidentinin Azərbaycana ilk rəsmi səfəri

Zəkiyə Hacıyeva
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayon Heydər Əliyev Mərkəzinin fondun baş mühafizi
Aprel ayının 2-də Almaniya Federasiyasının Prezidenti Franq – Valter Steinmeyer Azərbaycana səfərə gəldi. Heydər Əliyev adına Beynəlxalq hava limanında ali qonağın şərəfinə hər iki ölkənin bayraqları dalğalanırdı və fəxri qaravul dəstəsi düzülmüşdü. Azərbaycan Prezidenti İlham Əliyev və Almaniya Prezidenti Franq – Valter Steinmeyer geniş tərkibdə görüş keçirtdilər.
Almaniya Azərbaycanın Avropada ən yaxın tərəfdaşlarından biridir. Almaniya ilə Azərbaycan arasında münasibətlər strateji əməkdaşlıq və qarşılıqlı maraqlar əsasında inkişaf edir. Cənubi Qafqazın enerji mərkəzi olan bu iki ölkə siyasi – iqtisadi, enerji ticarət və mədəniyyət sahələrində sıx əməkdaşlıq edir.
Azərbaycanın zəngin enerji ehtiyatları, nəqliyyat dəhlizindəki rolu, Almaniyanın isə yüksək texnologiyaları və sənaye imkanları əlaqələrimizin daha da yaxınlaşmasının başlıca amilidir. Tarixə nəzər salsaq görərik ki, Almaniya Azərbaycanın Müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. 1992-ci il yanvarın 12-də müstəqilliyimizi tanıdığını elan etmiş və elə həmin ilin fevralın 20-də diplomatik münasibətlər qurulub. Azərbaycanın Almaniyada səfirliyi, Almaniyanın isə Azərbaycanda diplomatik nümayəndəliyi fəaliyyət göstərir.
Almaniya həmçinin Azərbaycanın beynəlxalq səviyyədə sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü tam dəstəklədiyini dəfələrlə bəyan edib. Almaniya Prezidenti Franq – Valter Steinmeyer Prezidentlərin mətbuata birgə bəyanatında “Biz Qarabağın Azərbaycan ərazisi olduğunu bilirik, tanıyırıq” deməsi tarixi dostluğa söykənir və əyani sübutdur.
Almaniya prezidenti Franq – Valter Steinmeyerin bu səfəri keçirilən görüşlər, aparılan danışıqlar onu deməyə əsas verir ki, iki ölkə arasında münasibətlər daha yüksək səviyyəyə qaldırılacaq və gələcək birgə inkişaf üçün böyük perspektivlər açacaq.