Xəyalə Əzizova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 101 nömrəli tam orta məktəbin direktoru
Ağdam rayonu 1930-cu ildə yaradılıb. 1993-cü il iyulun 23-də Ermənistan Silahlı Qüvvələri Qarabağın mərkəzində yerləşən Ağdamın böyük hissəsini işğal ediblər. İşğal edilmiş rayonların arasında əhalisinin sayına görə Ağdam ən böyük rayondur. İşğaldan əvvəl Ağdam rayonunda 143 min insan yaşayırdı.
Ağdam ağır yeyinti və yüngül sənayeyə, inkşaf etmiş kənd təsərrüfatına malik bir rayon idi. Rayon arekosmik və rabitə cihazları, avtomobil təmiri, asfalt, yağ-pendir, konserv, barama, pambıq, şərab və çörək zavodları, xalça fabriki, tikinti materialları və ət kombinatları, taxıl məhsulları, iki dəmir yolu vağzalı və aeroport, Üzeyir Hacıbəyli adına musiqi texnikumu, Ə.Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrı və başqa sosial və mədəniyyət ocaqları fəaliyyət göstərirdi. Ağdam Azərbaycan elminə və mədəniyyətinə Süleyman Sani Axundov, Famil Mehdi, Əhməd Ağdamiski, Qurban Primov, Sara Qədimova, fəlsəfə elmləri doktoru Ziyəddin Göyüşov, akademik Zakir Məmmədov və.b onlarla görkəmli şəxsiyyətlər bəxş etmişdir.
Ağdamın işğalı keçmiş Dağlıq Qarabağ hadisələri başlayandan Ağdam burada cəryan edən hadisələrin mərkəzində olmuşdur.1992-ci ildə Dağlıq Qarabağı bütünlüklə işğal edən Ermənistan Dağlıq Qarabağın ətraf rayonlarınada da hücum etdi. Xüsusən Ağdama olan hücumların ardı-arası kəsmirdi. Mənfur düşmən 1993-cü ilin iyul ayının 23-də Ağdamın bir çox hissəsini işğal etdi. Qarabağ uğrunda gedən döyüşlərdə 6.000-dən çox ağdamlı şəhid oldu.
2020-ci il 20 noyabr Ağdam işğaldan azad edildi. Bu tarix xalqımız üçün qürur günüdür. Ağdam rayonu hərbi əməliyyat keçirmədən siyasi yolla işğaldan azad edildi. Bu uğur Azərbaycan Prezidenti İlham Əliyevin böyük diplomatik bacarığının nəticəsidir. Azərbaycan Ordusu və xalqı onun ətrafında bir yumruq kimi birləşərək qəddar düşməni torpağımızdan qovdu. Prezident İlham Əliyev bu münasibətlə demişdir ki, biz tarix yazırıq, yeni tarix. Xalqımızın, ölkəmizin yeni şanlı tarixini yazırıq. Bu, Zəfər tarixidir.
Prezident İlham Əliyev Ağdam üçün yeni dövür başladığını demişdir. O, hər zaman öz çıxışlarında bəyan edərək bildirir ki, biz bu torpaqları, şəhərləri, kəndləri yenidən bərpa edəcəyik. Ağdam rayonu yenidən Azərbaycanın ən zəngin mədəniyyətin və iqtisadiyyatın inkşaf etdiyi rayonlardan birinə çevriləcək. Noyabr ayının 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Ağdam rayonuna gedərək Ağdam məscidini ziyarət etmişdilər.
04.10. 2022-15.10.2023 -cü il tarixlərində Müzəffər Ali Baş Komandan İlham Əliyev Ağdama dəfələrlə səfər edərək təməlqoyma, reallaşdırılan yeni infrastruktur layihələr və tikinti işlərinin gedişi ilə xüsusi olaraq maraqlanmışdır. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi güclü, yenilməz Azərbaycan Ordusu və Azərbaycan Prezidentinin uzaqgörən siyasəti ilə və Azərbaycanın qələbəsi ilə başa çatmışdır.
Allah bütün əsgərlərimizi, Ali Baş Komandamızı, xalqımızı qorusun. Azərbaycanımızda daim sülh, əmin-amanlıq olsun. Qanı, canı bahasına torpağımızın hər qarışını qoruyub canından keçən şəhidlərimizi heç bir zaman unutmayacağıq. Onlar əbədi olaraq bizim yaddaşlarımızda yaşayacaq.