Ağ evdə strateji tərəfdaşlığa doğru: Azərbaycan-ABŞ arasında yeni tərəfdaşlıq, əməkdaşlıq erası

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ABŞ-na səfəri regionda yəni Cənubi Qafqazda balansı dünya siyasətində tamamilə yenidən dəyişəcək bir səfər olaraq tarixə keçərək yaddaşlarda qalacaq. Bir sözlə bu səfərin ən böyük tarixi əhəmiyyəti Ağ evin yeni sahibi ABŞ-nin Prezidenti cənab Donald Tramp tərəfindən”Ağ ev”in açarını Müzəffər Ali Baş Komandan Prezident cənab İlam Əliyevə təqdim etməsilə bərabər strateji tərəfdaşlığa doğru yol xəritəsinin müəyyən olunmasıdır. Bu nadir hallarda təqdim olunan açarı Azərbaycan xalqının timsalında cənab İlham Əliyevə verilməsini başda Müzəffər Ali Baş Komandan olmaqla Azərbaycan xalqının ədalətli humanist dünyada sülhsevər bir xalq kimi qiymətləndirərək Ağ evdə sülh açarı simvoli kimi görmək olar.
Azərbaycan Dövlətinin şanlı tarixi son iki yüz ilin zəfər bayrağının ABŞ-nın paytaxtı Vaşinqitonda Ağ evin qarşısında dalğalanması çox böyük qürurvericidir. Tarix bir daha görsətdi ki,Azərbaycan xalqı,dövləti sülh ədalət prinsipini hər zaman üstün tutaraq dünya xalqları ilə birgə yaşamağı daim özünün milli zənginliyi kimi qəbul edir. Məhz bu prinsipdən irəli gələrək cənab prezident İlham Əliyev 2020-ci il Vətən Müharibəsinin şanlı zəfərindən sonra regiona Cənubi Qafqaza sülh gətirmək üçün mənfur qonşumuz olan Ermənistan hökümətinə sülh müqaviləsinin əsasını irəli sürmüşdür.
Azərbaycan xalqının dahi məğrur sərkərdəsi cənab prezident İlham Əliyevin bu uzaqgörən siyasəti tarixə görə qıssa zamanda okeanın o tayında Dünya siyasətini dizayn edən Ağ evdə cənab Trampın iştirakı ilə üçlü görüşdə öz bəhrəsini verərək Zəngəzur dəhlizinin(Tramp yolu)açılması,Ermənistan Azərbaycan arasında sülh müqaviləsinin mətninin tam razılaşması, ABŞ ilə yeni mərhələyə qədəm qoyularaq strateji mütdəfiqlik danışıqlarının aparılması,1992-ci ildə ölkəmizə qarşı Amerika Konqresi tərəfindən qərəzli qəbul edilən məlum 907-ci düzəlişin ləgvinin imzalanmasına gətirib çıxarmışdır.
ABŞ-nın Prezidenti Trampın cənab İlham Əliyevə yüksək səviyyəli isti münasibəti bu günə qədər olan qərəzli ermənipərəst konqresmenləri məyus edərək Azərbaycan ABŞ arasında yeni mərhələyə iqtisadi inkişafa qədəm qoymagın yolunu açır.
08.08.2025-ci il tarixə Azərbaycan-ABŞ arasında yeni tərəfdaşlıq, əməkdaşlıq erası kimi həkk olunacaq.