32 illik fəaliyyət dövründə partiyamız böyük və şərəfli yol keçib

32 illik fəaliyyət dövründə partiyamız böyük və şərəfli yol keçib

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini

Bu gün ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyasının yaranmasından 32 il ötür. 32 illik fəaliyyət dövründə partiyamız Ümummilli Liderimiz Heydər Əliyevin ideyalarına əsaslanaraq çox böyük və şərəfli yol keçib.

İlk növbədə vurğulamaq gərəkdir ki, YAP ictimai-siyasi zərurətdən yaranan ümumxalq partiyasıdır. Sirr deyil ki yarandığı  gündən YAP-ın Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və uğurla tətbiq edilən əsas proqram məqamı Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsindən ərazi bütövlüyünün təmin edilməsindən  demokratik  hüquqi  dünyəvi  cəmiyyət  qurulmasından  əmin-amanlıq milli həmrəylik  güclü və sosialyönümlü  iqtisadiyyat yaratmaqdan  ibarət olub və partiyamız bu 32 ildə öz məqsədlərinə uyğun fəaliyyət göstərib.

Ümumiyyətlə tarixi faktlar və  reallıqlar göstərir ki  Yeni Azərbaycan Partiyası zəngin və şərəfli inkişaf yoluna malikdir. Bu gün Azərbaycanda bizim partiyamıza rəqib ola biləcək hər hansı bir siyasi qüvvə mövcud deyil.Yeni Azərbaycan Partiyası sözün əsl mənasında ümumxalq partiyasına çevrilibdir. Cəmiyyətimizin bütün təbəqələri partiyamızda birləşib.

Öz gücünü xalqın  dəstəyindən  alan Yeni Azərbaycan Partiyası  32 il ərzində böyük inkişaf ylu keçib .Bu gün partiyamız  ölkəmizin aparıcı  siyasi qüvvəsi  kimi bu böyük mənsuliyyət  hiss edir  onu öz üzərinə götürür .Bu gün  Yeni Azərbaycan Partiyası  dünya miqyasında cox böyük və güclü partiyadır.