Məlahət Əliyeva
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin
Suraxanı rayonu 278 nömrəli tam orta məktəbin direktoru
İnsan fəaliyyətinin elə bir istiqaməti yoxdur ki, Heydər Əliyev dühası, Heydər Əliyev zəkası oraya işıq saçmasın. Azərbaycanın Heydər Əliyev dövrü tariximizin ən şərəfli, ən şanlı səhifəsi hesab edilir. Azərbaycan xalqı məhz Heydər Əliyevin dövründə sürətli sosial-iqtisadi və mənəvi tərəqqi yoluna qədəm qoymuş xalqın özünüdərki və özünü təsdiqləməsi üçün zəruri ilkin şərait yaradılmışdır.
1993-cü ildə H.Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın siyasi və iqtisadi həyatında taleyüklü dəyişikliklərin başlanğıcını qoydu. Azərbaycanı labüd fəlakətdən xilas edən dahi rəhbər ölkənin iqtisadi yüksəlişi üçün tədbirlər görməyə başladı. Məhs bu siyasətin məntiqi davamı olaraq “Əsrin müqaviləsi” 1994-cü ilin sentyabrında bağlandı. Ulu Öndərin təşəbbüsü ilə 8 ölkə və 13 ən məşhur neft şirkəti bu layihədə iştirak etdi. Elə ilk günlərdən ARDNŞ-in ilk vitse prezidenti olan İlham Əliyev danışıqlar prosesinə cəlb edildi, yeni neft strategiyasının hazırlanmasının və uğurla həyata keçirilməsinin ən fəal iştirakçılarından biri oldu.
Liderimizin bir ideyası vardı. Məqsədimiz təkcə neft hasil etmək, onu nəqil etmək, bundan vəsait əldə etməkdən ibarət deyildi. Bizim məqsədimiz neftdən gələn bütün mənfəətləri həm siyasi, həm iqtisadi, həm də Azərbaycan xalqının gələcək mənafeyinə, rifahına yönəltməkdən ibarətdir. Bununla da “Yeni neft strategiyası və doktorinası” uğurla həyata keçirilməyə başlandı.
1999-cu ilin dekabr ayında Azərbaycanın mənfəət nefti ilə doldurulmuş ilk tankeri dünya bazarına çıxarıldı. 2006-cı il iyulun 13-də Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin açılış mərasimi keçirildi. 2007-ci ilin əvvəlində Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin işə düşməsi respublikamızın dünya enerji bazarındakı rolunu möhkəmləndirdi.
Heydər Əliyevin banisi olduğu neft qaz strategiyası İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan öz neft hasilatını artırmaq və beynəlxalq bazarlara çatdırmaq məqsədilə dünyanın aparıcı enerji şirkətləri ilə fəal işləyir, əməkdaşlıq edir. 2013-2018-ci ildə təməli qoyulmuş TRANS-TANAP qaz layihəsi bunun bariz nümunəsidir.
2020-ci ilin sonunda Cənub Qaz Dəhlizinin uğurla tamamlanması bacarığımızı nümayiş etdirdi. Bu layihə fərəhlənə biləcəyimiz bir layihə idi. Cənub Qaz Dəhlizi “Şahdəniz” qaz kondensat yatağında hasilatı artırmağa imkan yaratdı.
Elektrik enerjisinə gəldikdə isə Azərbaycan 4 qonşu ölkəyə elektrik enerjisi ixrac edir və Avropaya elektrik enerjisini ixrac etməyə planlaşdırır. Məhz bu məqsədlə 2022 – ci ilin iyunun 1-də “27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi”-nin açılışı oldu. Bakı həmişə region üçün əhəmiyyəti artmaqda olan tədbirlərin keçirildiyi mərkəz oldu. Bakı şəhəri regionda ən böyük olan bir sıra sənaye tədbirinə ev sahibliyi etməklə yanaşı, eyni zamanda neft enerji strategiyasının bütün ölkələr üçün nə qədər əhəmiyyətli olduğunu nümayiş etdirdi. Cənab İlham Əliyev bu tədbirdə çıxış edərkən vurğuladı ki, Zəngəzur dəhlizi təkcə yük daşımaq üçün deyil, elektrik enerjisi üçün ixrac marşurutu olması əsas məsələlərdən biridir. Hazırda SOCAR və BP azad olunmuş Cəbrayıl rayonunda 200 meqavatdan artıq gücə malik elektrik enerjisi stansiyasının inşasını müzakirə edir. Enerji amili, enerji diplomatiyası və bütün layihələr bizim iqtisadi potensialımızı gücləndirir, bizə imkan yaradır ki, cəsarətli islahatlarla yanaşı, neft-qaz sektorundan əldə etdiyimiz gəlirlər iqtisadiyyatımızın qeyri-neft sektorunada yönəldilsin.
Azərbaycan sürətlə inkişaf edir və əlbəttə ki, Qarabağda və Zəngəzurda aparılan yenidənqurma işləri iqtisadi potensialımızı artıracaqdır. Azərbaycan qazına olan təlabat sürətlə artır, potensial istehlakçılar anlamalıdırlar ki, 1 il ərzində qazı böyük həcmdə hasil etmək mümkün deyil. Cənab İlham Əliyev vurğuladı ki, bunun üçün bizə müqavilələr bağlamaq lazımdır. Biz dünya ölkələri ilə danışıqlara başlamalı və onları sürətləndirməliyik. Biz mənəvi tərəfdaşlar və sərmayədarlarla, eləcədə enerji şirkətləri ilə çalışmalıyıq ki, hasilat artsın, həm də mövcud qurğuları genişləndirməliyik. Birləşmiş Ştatlar və Birləşmiş Krallıq həmişə bizim enerji siyasətimizi dəstəkləyib. Enerji sahəsində effektiv nailiyyətlər əldə olunub. Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Cənub Qaz Dəhlizinin maliyyələşməsində yaxından iştirak edib. Məhz İlham Əliyevin uğurlu siyasəti nəticəsində müxtəlif istiqamətlərdə uzanan 3 neft boru kəməri və 4 qaz boru kəməri bu ölkələrə ixrac olunur.
Bundan sonra da elektrik enerjisini Azərbaycan Avropa ölkələrinə ixrac etməyi planlaşdırır. Enerji amili, enerji diplomatiyası və bütün layihələr ölkəmizin iqtisadi potensialını gücləndirir. Neft-qaz sektorundan əldə edilən gəlirlər iqtisadiyyatımızın qeyri-neft sektoruna yönəldilir. Bu il ümumi daxili məhsul 7, 2 % artıb. Qeyri-neft sektorunda artım 11,5 %, qeyri-neft sənayesində artım 15 % artım olub. Artıq bu statistik məlumatlar Azərbaycanın sürətlə inkişafından xəbər verir. Azərbaycan bu illərdə öz enerji təhlükəsizliyinə sərmayə yatırıb, daxili bazarda təlabatlarını tam təmin edib və sayı artan ölkələrin enerji təhlükəsizliyində get-gedə daha mühüm rol oynamağa çalışır və buna nail olmaqdadır. Azərbaycan həm iqtisadi, həm sosial, həm də siyasi arenada iri addımlarla irəliləyir!