232 nömrəli tam orta məktəbdə "21 fevral – Beynəlxalq Ana Dili Günü" münasibətilə tədbir keçirilmişdir

232 nömrəli tam orta məktəbdə "21 fevral – Beynəlxalq Ana Dili Günü" münasibətilə  tədbir keçirilmişdir

20 fevral 2026-cı il tarixdə Suraxanı rayonu, 232 nömrəli tam orta məktəbdə  fəaliyyət planına əsasən  21 fevral – Beynəlxalq Ana Dili Günü münasibətilə yekun hesabat tədbiri keçirilmişdir. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olundu.

Açılış nitqi ilə çıxış edən məktəbin direktoru Günel Fətəliyeva ana dilimizin xalqımızın milli-mənəvi dəyərlərinin əsas sütunu olduğunu vurğuladı və dilimizin qorunmasının hər birimizin vətəndaşlıq borcu olduğunu bildirdi. Ana dilinin dövlətçilik tariximizdəki rolundan və gənclərin bu dəyərlərə sahib çıxmasının vacibliyindən danışdı.

YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Fərəh Məcidzadə çıxış edərək demişdir zəngin dil mədəniyyətinə sahib olan xalq böyük gələcəyə malikdir. Azərbaycan dili türk dilləri ailəsində özünəməxsus yeri, dərin kökləri, böyük ənənəsi olan çox zəngin və möhtəşəm dildir. Onun saflığını göz bəbəyi kimi qorumaq, milli sərvətimizin keşiyində dayanmaq hər bir vətəndaşın müqəddəs borcudur. Milli varlığımızın, birliyimizin, mədəniyyətimizin ən davamlı daşıyıcısı ana dilimizdir. Bütün dəyərlər, insanların tarixboyu ərsəyə gətirdikləri maddi və mənəvi nailiyyətlər dilin işığında yaranır.

Tədbirin təşkilində məktəbin Uşaq Birliyi rəhbəri Mədinə İskəndərova fəal iştirak etmişdir. Azərbaycan dili və ədəbiyyat müəllimləri Qafarova Şəbnəm, Məmmədyarova Gözəl, Cəlilova Aysel, kitabxana müdiri Məmmədova Aytən də şagirdlərlə birlikdə tədbirin hazırlanmasında böyük zəhmət sərf etmiş, ana dilimizin zənginliyi və ədəbiyyatımızın əhəmiyyəti barədə maarifləndirici çıxışlar etmişlər.

Tədbir çərçivəsində şagirdlər tərəfindən ana dilinə həsr olunmuş şeirlər səsləndirilmiş, ədəbi-bədii kompozisiyalar və səhnəciklər təqdim olunmuşdur. Müxtəlif siniflər arasında keçirilmiş inşa və təqdimat müsabiqələrinin nəticələri elan edilmiş, qaliblər diplom və təşəkkürnamələrlə təltif olunmuşlar.


Tədbirin sonunda çıxış edən Kəminə Zalova, Azərbaycan dili və ədəbiyyat müəllimi olaraq, bu cür tədbirlərin şagirdlərdə ana dilinə sevgi və hörmət hissinin gücləndirilməsində mühüm rol oynadığını qeyd etmiş, tədbirin yüksək səviyyədə təşkil olunduğunu vurğulamışdır.