2023 – cü ildə atılan uğurlu addımlar ölkəmizin gələcəyinə işıq saçacaq

2023 – cü ildə atılan uğurlu addımlar ölkəmizin gələcəyinə işıq saçacaq
Badamxanım Kərimli

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı rayon 276 saylı körpələr evi və uşaq bağçasının tərbiyəçisi

Möhtərəm Prezident İlham Əliyev 31 dekabr 2023 – cü il tarixində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə xalqına müraciətində 2023 - cü il Azərbaycan tarixində görülən işlərdən, əlamətdar günlərdən danışaraq bir daha sübut etdi ki, Azərbaycan Respublikası və Azərbaycan xalqı onun üçün necə böyük əhəmiyyət daşıyır. Antiterror əməliyyatı, yaşıl enerji üzrə gedən işlər, Diaspor siyasətinin yeni inkişaf mərhələsi və s. bu kimi əlamətdar hadisələrin adlarını çəkmək olar.

Bir günlük Antiterror əməliyyatı Azərbaycan Respublikasının suverenliyinin tam bərpa edilməsi, işğalçı qüvvələrin Azərbaycan ərazisindən çıxarılmasının təmin olunması, düşmən ordusunun və hərbi texnikasının məhv edilməsi kimi yaddaşlara yazıldı. Azərbaycan Respublikasının tam suverenliyininin bərpa edilməsini Azərbaycan xalqına yalnız cənab Prezident İlham Əliyev yaşada bilərdi. Azərbaycan Respublikasının bütövlüyü, tam suverənliyi üçün antiterror əməliyyatı qaçılmaz idi. Əgər Ermənistan rəhbərliyi II Qarabağ müharibəsinin nəticələrini düzgün təhlil etsəydi, sülhə əməl etseydi,  nəticə çıxarsaydı antiterror əməliyyatı olmayacaqdı. Təəssüf ki, Ermənistan nəticə çıxarmaq əvəzinə sülhə əməl etmədi. Bizə qarşı hərbi təxribatlar hazırladı.

Azərbaycan dövləti səbr edərək dəfələrlə Ermənistan rəhbərliyinə və onun arxasında duran Qərb ölkələrinə bu vəziyyətin belə davam edə bilməyəcəyini xəbərdarlıq edirdi. Lakin, separatçılar öz ordularını bizim torpaqlardan çıxarmırdılar. Azərbaycan dövləti bu hadisə ilə barışa bilməzdi. Buna görə də Antiterror əməliyyatı labüd idi. Dünyada, Qərb ölkələrində Ermənistanın arxasında dayananlar bizə qarşı əsassız ittihamlar irəli sürmüşdülər. Lakin, heç bir ittiham Azərbaycan xaqlının iradəsinə təsir edə bilmədi. Çünki, Azərbaycan xalqının iradəli, müzəffər, ağıllı siyasətçi olan möhtərəm Prezident İlham Əliyev kimi lideri var.

Prezident İlham Əliyev öz iradəsi ilə xalqını, ordusunu ruhlandırdı. Ağlı zəkası ilə xalqını “dəmir yumruq” devzi altında birləşdirərək yollarını nurlandırdı. Bütün Dünya Azərbaycanlıları öz Vətəni ilə, Prezident cənab İlham Əliyev ilə qürur duyurlar, fəxr edirlər. Möhtərəm Prezident İlham Əliyevin atdığı uğurlu addımların sübutundan biri də Qarabağın və Şərqi Zəngəzurun böyük tikinti meydançasına çevrilməsidir. Çünki, işğaldan azad olunan şəhərlərimiz, kəndlərimiz yenidən qurulur. Azərbaycan xalqı çox şaddır ki, ”məcburi – köçkün, qaçqın” statusu evlərindən, yurdundan didərgin düşən vətəndaşların üzərindən götürülmüşdür.

Azərbaycan xalqı cənab Prezident İlham Əliyevə güvənir, hər zamanda güvənəcəkdir. Ermənilər 30 il ərzində torpaqlarımızı dağıdaraq, bütün tarixi abidələrimizi, evləri, məscidlərimizi yerlə yeksan etmişdilər. Çaylarımızı, meşələrimizi zəhərləmişdilər. Bu cinayətləri edən  Ermənistan dövləti Qərbdə qınaq obyektinə çevrilmədilər. Biz Qarabağımızı birgə qurub, yenidən yaradacağıq. Biz qurub yaradan xalqıq. Əfsuslar olsun ki, Qərbdə ikili standartlar hələdə höküm sürür. Lakin, biz Azərbaycan xalqıyıq biz bütün təzyiqlərə,qorxulara baxmayaraq doğru bildiyimizi edəcəyik.                                          

 Bundan əlavə biz 2023 – cü ildə iqtisadi sahədə öz siyasətimizi uğurla aparmışıq. Müstəqil iqtisadiyyat imkan verir ki, biz heç kimdən asılı olmayaq. Bu da Prezident İlham Əliyevin ağıllı siyasətinin göstəricisidir. O, ağıllı siyasətçi olmaqla yanaşı dostluğa önəm verən şəxsiyyətdir. Prezident cənab İlham Əliyevin siyasi taktikasının təməli mehriban münasibətlərdən, dostluqlardan ibarətdir.

Prezident İlham Əliyev Milli Ordumuzun gücünü artırdı. Hərbi texnikalar ölkəmizə gətirildi. Prezident İlham Əliyev onuda qeyd etdi ki, dekabr ayında dünyanın ən böyük konfransının Azərbaycanda keçirilməsi haqqında bütün dünya ölkələri yekdil qərar vermişdilər. COP – 29 iqlim dəyişikliyinə həsr edilən beynəlxalq konfransın gələn il Azərbaycanda keçiriləcək. Bu dünya ölkələrindən bizə göstərilən hörmət və rəğbətdir. Eyni zamanda bizim yaşıl enerjiyə keçidimizə olan böyük qiymətdir. Mən Azərbaycan vətəndaşı kimi bizə bu hörməti, bu uğurları qazandırdığınıza görə sizə çox təşəkkür edirəm möhtərəm Prezident İlham Əliyev.

Bu il Ulu Öndər Heydər Əliyev ili kimi qeyd edildi. Ulu Öndər Heydər Əliyevin 100 illiyinin Şuşada keçirilməsi, 8 – noyabrda Xankəndinin mərkəzi meydanında keçirilən Zəfər paradımız Ulu Öndərin xatirəsinə ən böyük hörmətimizin əlamətidir. Azərbaycan xalqı bu günkü müstəqilliyinə görə, Azərbaycanı və Azərbaycan xalqını Müzəffər Prezident İlham Əliyevə əmanət etdiyinə görə Ulu Öndər Heydər Əliyevə borcludur.

Bu gün Prezident cənab İlham Əliyev sayəsində Azərbaycan xalqı dünyanın hər yerində başı dik, alnıaçıq gəzirlər və öz tarixi Vətəni olan Azərbaycanla haqlı olaraq fəxr edirlər. Bizlərə bu qədər uğurlu əlamətdar günləri yaşatdığınız üçün, Siz,ə dərin minnətdarlığımı bildirirəm.Azərbaycan xalqı daim sizin ətrafınızda “dəmir yumruq”kimi birləşərək həmrəy olacaqlar.

Biz müəllimlər, tərbiyəçilər təhsil müəssisələrində şagirdlərimizə fəxrlə sizin atdığınız addımlardan, Azərbaycan üçün etdiyiniz gözəlliklərdən fəxrlə danışırıq və danışmağı özümüzə borc bilirik. İnanıramki, bu günün gül balaları, gələcəyin İlham yolunu keçmiş, vətəninə, Sizə layiqli gənclər olacaqlar.