20 illik möhtəşəm fəaliyyət

20 illik möhtəşəm fəaliyyət
Fərəh Hüseynova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 141 nömrəli tam orta məktəbin direktoru
“Düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seçkilərində Prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyaya və “Qurani-Kərim”ə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi.”-( Prezident İlham Əliyev Xankəndi şəhəri, 15 oktyabr 2023-cü il)
Ziyalı ailədə dünyaya göz açmış İlham Əliyevin həyatına ailə amili böyük təsir etmiş, daim şərəf və məsuliyyət hissi ilə bu soyadı yüksəklərə qaldırmışdı. Aldığı təhsil peşəkar fəaliyyətə və böyük siyasətə yol açmış, gənc yaşlardan idarəetmənin incəliyinə qədər öyrənmiş və bu gələcək peşə fəaliyyətinə də böyük təsir etmişdir. Hələ Azərbaycan Respublikasının prezidenti olmadan öncə İlham Əliyev 1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun müəllimi kimi, 1991-1994-cü illər ərzində özəl biznes sahəsində və bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbər kimi, 1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin əvvəlcə vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti kimi, 1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinin üzvü kimi, 1999-cu ildə Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini kimi 2005-ci ildə isə partiyanın sədri kimi önəmli vəzifələrdə çalışmışdı. İlham Əliyev 2003-cü il avqustun 4-də Milli Məclisdə təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin olunub. Eyni zamanda 1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidentidir.
Azərbaycanı beynəlxalq səviyyədə təmsil etməyə də prezident seçilməmişdən öncə başlamış İlham Əliyev 2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri, 2003-cü ilin yanvar ayında Avropa Şurası Parlament Assambleyası sədrinin müavini və AŞPA-nın Büro üzvü olaraq bu mötəbər kürsüdə ilk azərbaycanlı kimi əyləşmişdi. 2004-cü ildə Avropa Şurası Parlament Assambleyasının fəxri üzvü diplomu və medalı ilə təltif olunmuşdu.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilib. Prezident seçkilərində seçicilərin 76 faizindən çoxu İlham Əliyevin lehinə səs verib. 2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88,73 faiz səsini qazanan İlham Əliyev ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib. 2013-cü il oktyabrın 9-da keçirilən seçkilərdə seçicilərin 84,54 faiz səsini qazanan İlham Əliyev növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib. 2018-ci il aprelin 11-də keçirilən seçkilərdə İlham Əliyev seçicilərin 86,02 faiz səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib. Fəaliyyəti müddətində yüzlərlə təltif və mükafatlara layiq görülmüş Prezident İlham Əliyev bütün mükafatların fövqündə Azərbaycan xalqının sevgi və etibarını daha önəmli saydığını, hər zaman xalqın dəstəyinə güvəndiyini dəfələrlə vurğulamışdı.
Azərbaycan dövlətinin, cəmiyyətinin bütün sahələrində geniş inkişafa nail olmuş Prezident İlham Əliyev gələcəyə hesablanmış effektiv dövlət siyasətinin xeyir-duasını Ulu Öndərdən almışdır: “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.”
Həqiqətən də bu gün Azərbaycan sön 200 illik tarixinin ən möhtəşəm illərini yaşayırsa bu cənab Prezident İlham Əliyevin bacarıqlı siyasətçi olmasının məhsuludurş Dünyanın diqqətini cəlb edən tədbirlər Azərbaycana daha xoşbəxt gələcək vəd edir.Hər bir azərbaycanlının qəlbində özünə sevgi mülkü qurmuş möhtərəm Prezidentimiz İlham Əliyev, yeni yaşınız mübarək olsun!
İşğaldan azad olunmuş, ərazi bütovlüyü təmin edilmiş, müzəffər Azərbaycan dövləti sizinlə birgə gələcəyə inmala addımlayacaq.