10 Noyabr Üçtərəfli Bəyənnaməsi regionda hadisələrin gedişini dəyişdi

10 Noyabr Üçtərəfli Bəyənnaməsi regionda hadisələrin gedişini dəyişdi
Xəyyam Nəbiyev
Yeni Azərbaycan Partiyasının təəssübkeşi
Suraxanı rayonu 270 nömrəli tam orta məktəbin müəllimi

Yaşı ən qədim romanlara gedib çıxan xalqımızın tarix boyunca uğurları, siyasi, eləcə də hərbi qələbələri kifayət qədər çox olub. Amma gəlin etiraf edək ki, heç vaxt günümüzdəki qədər qələbə təşnəsi olmamışdıq. Doğrudur, müasir tariximizdə Lələtəpə, Aprel döyüşləri, Tovuz doyüşləri kimi uğurlarla qəhrəmanlarımız bizə qələbəni dadızdırmışdılar. Amma bunlar hələ böyük qələbənin ilk qığılcımları idi. Əsl qələbə isə hələ qabaqda idi.

Düşmənimiz ağıllı olsaydı bu uğurlarımızdan sonra onu nə gözlədiyini anlamalı idi. Amma anlamadı və nə yaxşı ki, də anlamadı. Çünki anlasaydı, bəlkə də, onun şirin dilinə, yalvarışlarına aldanıb yenə də rəhm edərdik. Amma yox, heç rəhm də etməzdik. Çünki artıq cana doymuşduq. Ona sarsıdıcı zərbə vurmalıydı ki, qarşısındakının kim olduğunu anlasın.

10 Noyabr Üçtərəfli Bəyənnaməsi regionda hadisələrin gedişini dəyişdi. Bizimçün ən əhəmiyyətlisi budur ki, düşmən özü üçün yaratdığı, məğlubedilməzliyinin sabun köpüyü olduğunu anladı. Anladı ki, nə qədər rəzil günə salınıb. Biz isə öz mərdliyimizi hətta döyüş meydanında dünyaya göstərdik.

Dünya təəssüf ki, göstərdi ki, ədalətin yox, gücün yanındadır. Nə qədər ki, haqqımızı  sivil yolla tələb edirdik, sözümüzü eşitmirdilər, səsimizi duymurdular. Amma elə ki, güc nümayiş etdirdik, başa düşdülər ki, bir təkcə güclü yox, həm də haqlıyıq.

10 Noyabr Bəyənnaməsi həm də regionun geosiyası mənzərəsini dəyişdi. Bu gün siyasi xəritənin dəyişməsini özləri üçün qırmızı xətt elan edib sərhədlərimiz boyunca güc nümayiş etdirmək istəyənlər də anlamalıdırlar ki, biz güc qarşılığında geri çəkiləcək dövlət deyilik. Heç olmazsa bizimlə güc dilində danışmağa çalışanların aqibətini təhlil etsinlər. Bir də unutmasınlar ki, biz nəyin nə zaman yerinə yetirilməli olduğunu çox gözəl bilirik.

Sevinc adamın sinəsini qabardan da daha çox danışmaq istəyir. Zatən qələbə də böyük qələbədir axı.