Ərazilərin azad olunmasından dərhal sonra genişmiqyaslı yenidənqurma işlərinə start verilmişdir

Ərazilərin azad olunmasından dərhal sonra genişmiqyaslı yenidənqurma işlərinə start verilmişdir

Elnur Hüseynov

YAP Suraxanı rayonu təşkilatının fəal üzvü

Suraxanı rayonu 275 nömrəli tam orta məktəbin direktoru

Azad edilən ərazilər yenidən qurulur. 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq Azərbaycan Ordusunun əks-hücum əməliyyatı nəticəsində 44 gün davam edən Vətən müharibəsində torpaqlarımız işğaldan azad olunmuş, ölkəmizin ərazi bütövlüyü bərpa edilmişdir.İndi Erməni vandalizminin qurbanı olmuş ərazilərdə quruculuq işlərini aparmaq qarşıda duran başlıca vəzifədir.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 16.11.2022-ci il tarixli 3587 nömrəli Sərəncam ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” təsdiq edilməsi haqqında imzaladığı Sərəncam xüsusi əhəmiyyətə malikdir. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əks olunmuş “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” Milli Prioritetinin icrasının təmin edilməsi məqsədilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Dövlət Proqramı” hazırlanmışdır. İlham Əliyev: “Biz azad olunmuş ərazilərdə yenidənqurma işlərinə artıq başlamışıq.

Orada müasir şəhərsalma planlaşdırılması həyata keçirilir. Azad edilmiş ərazilər yaşıl enerji zonası olacaq”. Işğaldan azad olunmuş ərazilər minalardan təmizlənib təhlükəsiz vəziyyətə gətirildikcə, digər quruculuq işləri kimi, ekoloji tarazlığın bərpası istiqamətində də ciddi addımlar atılır. İşğalçı Ermənistan tərəfindən məhv edilmiş yaşıllıq massivlərinin bərpası məqsədilə ağacəkmə tədbirləri davam etdirilir. Ermənistan quldur dəstələri 30 illik işğal dövründə Qarabağdakı şəhər və kəndlərimizə, təbiətimizə hədsiz zərər vurmuşdu. Ağdam şəhəri işğal dövründə tamamilə dağıdılıb.

30 il ərzində bütün binalar viran qoyulub, daşlar oğurlanıb və satılıb. İşğaldan azad olunmuş ərazilərdə yerləşən, ümumilikdə 67 məsciddən 65-i tamamilə dağılıb . Bütün binaların dağıdılmadığı yeganə yerlər Şuşa, Laçın və qismən Kəlbəcər olub. Bunun səbəbi odur ki, Ermənistan dövləti müxtəlif ölkələrdən olan erməniləri işğal edilmiş ərazilərdə yerləşdirmək üçün qanunsuz məskunlaşma siyasəti yürüdürdü. Bu, beynəlxalq hüququn və Cenevrə Konvensiyasının kobud şəkildə pozulması hesab olunur .

İşğaldan azad olunmuş ərazilərin bərpası və dayanıqlı inkişafı istiqamətində Dövlət Proqramı çərçivəsində həyata keçiriləcək tədbirlərin məqsədləri müəyyənləşdirilərkən mövcud Qlobal trendlər nəzərə alınaraq Birləşmiş Millətlər Təşkilatının və digər beynəlxalq qurumların irəli sürdükləri qlobal inkişaf prioritetləri nəzərə alınmışdır. Böyük Qayıdış vətəndaşlarımızın işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşmasında və bu ərazilərin ölkənin iqtisadi fəaliyyətinə qoşulmasında bir körpü olacaq. Əvvəlki dövrlərdə olduğu kimi, işğaldan azad edilmiş ərazilərə qayıdan insanların təhlükəsiz yaşayışı təmin edilməlidir. İşğaldan azad olunmuş ərazilər “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyası əsasında yenidən qurulur. Ölkə iqtisadiyyatının gücü hesabına ilk “ağıllı kənd” layihəsi Zəngilan rayonunun Ağalı kəndində həyata keçdi. İlk məskunlaşma da Ağalı kəndindən başladı. Ağalı kəndi Qafqazda müasir standartlara cavab verən ilk kənd kimi tarixə düşdü.

Laçında da hava limanının inşası bölgənin beynəlxalq statusunu artıracaqdır. Laçın rayonunun Qorçu kəndinin ərazisində inşa ediləcək hava limanı bir neçə mühüm əhəmiyyət kəsb edir. Burada aeroportun tikilməsi ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək və turizm potensialını artıracaqdır. Laçın hava limanının inşası həm də işğaldan azad edilmiş torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasının göstəricisidir. Laçın aeroportu logistik mərkəzlərin yaradılmasına da töhfə verəcəkdir.

Ölkə başçısı işğaldan azad edilmiş Laçın rayonunda səfərlərində bu rayonun da müasir inşaatın imkanları həddində yenidən qurulacağını bildirir. Laçın Böyük Qayıdış ərəfəsindədir. Bunu dövlət təmin edəcək, laçınlılar gerçəkləşdirəcək. Yaxın illərdə işğaldan azad edilmiş ərazilərdə işğalın heç bir maddi nişanəsi qalmayacaq.

Dövlət başçımız Prezident İlham Əliyevin hər dəfə işğaldan azad olunan ərazilərimizə səfərləri xalqımız üçün yeni müjdələrdən xəbər verir: 2021-ci ilin avqust ayının 16-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Kəlbəcər və Laçın rayonlarına səfərləri zamanı dövlət başçımızın Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində – Murovdağda və Kəlbəcər-Laçın avtomobil yolu üzərində inşa olunacaq tunellərin, həmçinin Laçın Beynəlxalq Hava Limanının təməllərini qoyması, eyni zamanda “Kəlbəcər” yarımstansiyasının açılışını etməsi kompleks şəkildə görülən işlərin əhəmiyyətini göstərir. İşğaldan azad olunan ərazilərimizdə aparılan abadlıq-quruculuq işləri ölkəmizin iqtisadi qüdrətini bir daha ortaya qoyur.

Qarabağın ən böyük yaşayış məskənlərindən biri olmuş, lakin, işğal dönəmində yerləyeksan edilmiş Ağdam 30 il ruhlar şəhəri olub. Bildiyiniz kimi, işğala son qoyulmasından cəmi 6 ay sonra elə Ağdamda şəhərin baş planı prezident İlham Əliyevə təqdim olunub. Bu ilin avqustunda isə Ağdam şəhərinin 2040-cı ilədək inkişafına dair baş planı təsdiq edilib. Beləliklə, Ağdam Cənubi Qafqazın ən müasir, ən insanyönümlü şəhərlərindən biri və bəlkə də birincisi kimi yenidən dirçəkəlməsi nəzərdə tutulub.

Qeyd edək ki, işğaldan azad olunmuş ərazilər minalardan təmizlənib təhlükəsiz vəziyyətə gətirildikcə, digər quruculuq işləri kimi, ekoloji tarazlığın bərpası istiqamətində də ciddi addımlar atılır. İşğalçı Ermənistan tərəfindən məhv edilmiş yaşıllıq massivlərinin bərpası məqsədilə ağacəkmə tədbirləri davam etdirilir.Hələ görüləcək işlər çoxdu.Azərbaycan xalqının tam dəstəyini alan Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə biz Qarabağa əbədi olaraq qayıdacayıq.