Korrupsiya, rüşvətxorluq, qanunsuz fəaliyyətə qətiyyən yol verilməməlidir

Korrupsiya, rüşvətxorluq, qanunsuz fəaliyyətə qətiyyən yol verilməməlidir

Zeynəb Əlizadə

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı rayonu, 281 nömrəli tam orta məktəbin əməkdaşı

Prezident cənab İlham Əliyevin 12 noyabr 2025-ci il tarixində Prezidentin Naxçıvanda yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçıları qəbul edərkən səsləndirdiyi korrupsiya ilə bağlı qətiyyətli mövqeyi bütün dövlət orqanları üçün birmənalı tapşırıqdır: “Korrupsiya, rüşvətxorluq, qanunsuz fəaliyyətə qətiyyən yol verilməməlidir.”

Prezident cənab İlham Əliyev bölgələrin canlanmasının əyani nəticələrini qeyd etməklə yanaşı, ümumi hədəfi müəyyənləşdirdi: “Azərbaycanın bölgələri bu gün ən yüksək standartlara cavab verməlidir.” Bu, ölkənin bütün yaşayış məntəqələrində ən yüksək şəhərsalma və sosial standartlara çatmağı tələb edir.

Cənab Prezidentin vurğuladığı infrastruktur layihələri bu canlanmanın əsasını təşkil edir: “Yenilənmiş, Təmir Edilmiş Və Yeni Çəkilmiş Dəmir Yolları, Magistral Avtomobil Yolları, Elektrik İnfrastrukturu, Su Layihələri, Qazlaşdırma.” Bu dövlət investisiyalarından səmərəli istifadə olunmalıdır.

Prezident cənab İlham Əliyevin 12 noyabr 2025-ci il tarixində yerli icra hakimiyyəti rəhbərlərinə verdiyi əsaslı tapşırıqlar – təvazökarlıq, xalqa xidmət, sosial ədalət, qanunsuzluğa qarşı mübarizə və ən yüksək standartlara çatmaq yerli icra hakimiyyətləri tərəfindən fəaliyyətin əsas və dəyişməz prioriteti kimi qəbul edilir.