Əsas prinsip sosial ədalət prinsipidir

Əsas prinsip sosial ədalət prinsipidir

Vüsalə Qurbanova

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı Rayon Heydər Əliyev Mərkəzinin böyük elmi işçisi

2003-cü ildən indiyənədək xalqdan aldığı etimadı qoruyan  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  12 noyabr tarixindəki çıxışı xalqa ləyaqətli və şərəfli xidmət nümunəsidir. İcra başçılarının xalq qarşısında xidmət və məsuliyyət hissinin  əsas məqamlarını diqqətə çatdıran Prezident İlham Əliyev  bildirdi ki, xalqa yaxın olmaq, xalqla bir yerdə olmaq” idarəçiliyin başlıca qayəsidir.

Prezidentin müəyyən etdiyi siyasi  kursu  və dövlət  islahatlarını  həyata keçirən icra başçları  özündə bir neçə vəzifələri birləşdirir:

·         Dövlət proqramlarını icra etməli

·         Prezidentin tapşırıqlarını yerinə yetirməli

·         Şəffaf və effektiv idareetməni təmin etməli

Bu vəzifələri diqqətə çatdıran Prezident İlham Əliyev qeyd etdi ki, verdiyim tapşırıqlar onlar üçün əsas iş prinsipləri olmalıdır. Müasir idareetmə prinsipinə görə icra başçısı rəhbər olmaqla yanaşı eyni zamanda xidmət edən şəxs kimi fəaliyyət göstərməlidir.

Dövlət idarəçiliyində mənəvi təmizlik və ictimai məsuliyyət bir -birini tamamlayan əsas meyarlardır. Rəhbər şəxsin öz davranışında və fəaliyyətində yüksək əxlaq normalarına riayət etməsi məsələsinə toxunan Cənab Prezident İlham Əliyev bir daha bəyan etdi ki, bəzi hallarda məmurlar özlərini cəmiyyətdə düzgün apara bilmirlər, ifrat dərəcədə təkəbbürlülük göstərirlər, özlərini hamıdan üstün tutmağa çalışırlar və beləliklə, həm öz nüfuzlarını itirirlər, eyni zamanda, dövlətimizə, dövlətin siyasətinə də ləkə vurmuş olurlar.

 “Regionların sosial-iqtisadi inkişafına xüsusi diqqət” ifadəsi dövlət idarəçiliyində çox vacib bir faktora  işarə edir.Bu, mərkəz və yerli icra hakimiyyətlərinin regionların inkişafını prioritet məsələ kimi qəbul etməsi və bu istiqamətdə davamlı, məqsədyönlü işlər aparması deməkdir. Bir neçə regional inkişaf proqramının icrasının  uğurla nəticələndiyini qeyd edən Dövlət başçısı bildirdi ki, biz bu naliyyətlərlə kifayətlənməməliyik.

Prezident cənab İlham Əliyev idarəçilikdə qərarların, fəaliyyətlərin və idarəetmə proseslərin hər bir vətəndaşa bərabər, qərəzsiz və obyektiv yanaşma əsasında həyata keçirilməsini tələb edən əsas norma və davranış qaydalarını vurğuladı.Bildirdi ki, sağlamlaşdırma və təmizləmə siyasəti nəticəsində artıq əminəm ki, sizə heç kim qanunsuz tapşırıq verməyəcək. Əgər kimsə bu tapşırığı verərsə, onda dərhal mənə məlumat verin və o adamlar haqqında ciddi ölçülər götürüləcək.

Bölgələrdə məşğulluqla bağlı məsələləri dövlət idarəçiliyi, sosial siyasət və regional inkişaf konteksində aydın, sistemli izah edən Cənab Prezident eyni zamanda rəhbərlər qarşısında bir çox tələblər də qoydu, bu sahədə diqqət yetirilən və həll tələb edən əsas istiqamətləri müəyyənləşdirdi.

Prezident İlham Əliyev çıxışında bölgələrdə davamlı inkişafın əsas şərtlərindən biri ekoloji tarazlığın qorunması məsələlərinə geniş yer verildi.Ekoloji balansın qorunması və qanunsuz fəaliyyətlərin qarşısını alınması məsələsi diqqət mərkəzindədir.

Çıxışının sonunda ölkə başçısı  idarəçilikdə  ən mühüm prinsipləırindən biri olan xalqa xidmət, məsuliyyətli idarəçilik xüsusiyyətlərinə sadiq qalmağı tapşırdı.Xalqa xidmət, xalqın rəğbətini qazanmaq ancaq real əməl, xidmət və davranışla qazanılır.