Əmircan qəsəbəsi Atamoğlan Rzayev küçəsi 4 ünvanında yerləşən ƏPT-də yeni sədr seçilib

Əmircan qəsəbəsi Atamoğlan Rzayev küçəsi 4 ünvanında yerləşən ƏPT-də yeni sədr seçilib

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının Əmircan qəsəbəsi Atamoğlan Rzayev küçəsi 4 ünvanında yerləşən ərazi partiya təşkilatının üzvlərinin iştirakı ilə toplantı keçirilmişdir. YAP üzvləri ilə görüşdə YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və sədr müavini Salman Əbdülov iştirak etmişlər.

Suraxanı Tibb Mərkəzinin direktoru Ələkbər Tağıyev Tibb Mərkəzinin tabe qurumu olan 3 saylı Doğum Evində işləyən YAP üzvlərini salamlayaraq iclası açıq elan etdikdən sonra ƏPT-da ideoloji işin gücləndirilməsi, səmərəliliyin artırılması ilə əlaqədar olaraq görülmüş, gələcək perspektivdə görüləcək işlər, eyni zamanda yerli təşkilatın təlimatlarının icrası, yeni üzvlərin qəbulu, üzvlük haqlarının vaxtında ödənilməsinin təmin edilməsi, qeydiyyat - uçot işlərinin operativ və səmərəli aparılması, ideoloji işin məqsədyönlü qurulması, sosial şəbəkələrdə və dövrü mətbuatda partiya üzvlərinin fəallıqlarının artırılması ilə bağlı geniş məlumat verdi. Daha sonra o, ərazi partiya təşkilatının gündəliyində ƏPT-nin sədr və sədr müavini seçkisi haqqında məlumat verdi.

ƏPT-nin üzvü Arzu Əliyeva Zalxa Osmanovanın ƏPT-nin sədri kimi namizədliyini irəli sürdü. ƏPT-də təmsil olunan üzvlərin səsverməsi nəticəsində Zalxa Osmanova sədr seçilmişdir.
ƏPT-nin yeni seçilmiş sədri Zalxa Osmanova ƏPT-nin sədr müavini vəsifəsinə Nuriyyə Dəmirovanın namizədliyini irəli sürdü. ƏPT-də təmsil olunan üzvlərin səsverməsi nəticəsində Nuriyyə Dəmirova sədr müavini seçilmişdir.

YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov çıxış edərək ƏPT-nin yeni seçilmiş sədri və sədr müavininə gələcək fəaliyyətlərində uğurlar arzulayaraq demişdir ki, Əmircan qəsəbəsi Atamoğlan Rzayev küçəsi 4 ünvanında yerləşən ərazi partiya təşkilatında partiya işinin təşkili qənaətbəxşdir. Bundan sonra da ideoloji işin gücləndirilməsi, səmərəliliyinin artırılması və üzvlərin uçotunun operativliyi, dəqiqliyi diqqət mərkəzində saxlanılmalıdır. Yerli təşkilatın sədri ölkədə baş verən ictimai-siyasi hadisələrə də münasibət bildirərək qeyd etmişdir ki, hər bir vətəndaş öz peşə fəaliyyəti ilə yanaşı ictimai fəaliyyətlə də yaxından məşğul olmalı, dövlətinə, xalqına töhfələr vermək üçün çalışmalıdır.

Sonda bir qrup YAP üzvünə vəsiqələr təqdim olunmuşdur.