Zəngəzur təkcə Azərbaycanın əsas hissəsini Naxçıvana ilə birləşdirməyəcək, həm də beynəlxalq dəmir yolu marşrutunun bir hissəsinə çevriləcək

Zəngəzur təkcə Azərbaycanın əsas hissəsini Naxçıvana ilə birləşdirməyəcək,  həm də beynəlxalq dəmir yolu marşrutunun bir hissəsinə çevriləcək

Kərəm Mehdiyev

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

Suraxanı rayon 104 nömrəli tam orta məktəbin direktoru

Azərbaycanın iqtisadi, siyasi, mədəni inkişafı üçün bir çox layihələrə imza atan,uzaqgörən siyasəti ilə xalqının sosial həyat şəraitini yüksəldən dövlət başçımız İlham Əliyev hər zaman bir çox regional, həmçinin qlobal məsələlərin həllində, dövlətlərarası iclaslarda daim öz qətiyyətli çıxışı ilə diqqət mərkəzində olmuşdur. Növbəti uğurlu çıxış mayın 25-də Moskvada  keçirilən  Ali  Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında olmuşdur.

İclası Rusiya Federasiyasının Prezidenti Vladimir Putin açıq elan edərək nitqində Rusiya-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olduğunu, həmçinin 2022-ci ilin fevralında imzalanmış Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə əsasında münasibətlərin daha da möhkəmlənməsinin məmnunluğunu nəzərə çatdırmışdır. Azərbaycan Prezidenti də bu dəvətə görə Rusiya Prezidentinə öz  minnətdarlığını bildirmiş, çıxışında bugünkü iclasın əhəmiyyətini vurğulayaraq həm Azərbaycan,həm də bu təşkilata üzv olan ölkələr arasındakı iqtisadi münasibətlərin çox böyük uğurlu nəticələr verəcəyini bildirmişdir. Sonra regional məsələlərə toxunan Dövlət başçımız Azərbaycan ilə Ermənistan arasındakı münasibətlərin normallaşması işində səy göstərən Rusiya Prezidentinin fəaliyyətini dəyərləndirmişdir. Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınmasında, illərdir iki dövlət arasındakı münaqişələrin yumşalması və nəhayət,sülh razılığına gəlməsində Rusiya Federasiyasının çox böyük rolu olduğunu dilə gətirmişdir.

Prezidentimiz həmkarlarının qarşısında ölkəmizdəki sosial, iqtisadi, infrastruktur sahəsində imzaladığı layihələrin çox böyük uğurlu nəticələr verdiyini, Azərbaycan iqtisadiyyatının özü-özünü təmin edərək heç bir ölkədən asılı olmadığını ifadə etmişdir. Azərbaycan, təxminən m4 ildir ki, 120 dövləti birləşdirən Qoşulma Hərəkatına başçılıq edir. Son 20 il ərzində ölkəmizin ümumi daxili məhsulu 3 dəfədən çox artırılıb. Yoxsulluğun səviyyəsi təxminən 50%- dən 5% ə qədər düşüb. Bunlar ölkəmizin son illər əldə etdiyi uğurların göstəricisidir.

Ölkə başçımız Azərbaycanda Zəngəzur dəhlizinin yaradılması istiqamətində təşəbbüsünü irəli sürdüyünü bildirmişdir. Çıxışında qeyd etmişdir ki, Zəngəzur təkcə Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirməyəcək, həm də beynəlxalq dəmir yolu marşrutunun bir hissəsinə çevriləcək.

İclasın ən maraqlı hissəsi isə o oldu ki, Prezidentimiz bu dəfə də Ermənistan Prezidenti Paşinyanın Laçın dəhlizi barədəki əsassız iddialarına tutarlı cavablar verdi. İlham Əliyev nitqində Azərbaycanın heç bir dəhlizi bloklamadığını, Laçın-Xankəndi yolunun açıq olduğunu hamının diqqətinə çatdırdı.

Sonda ölkə rəhbərimiz Rusiya Prezidenti Vladimir Putinə ölkəsində Müstəqil Azərbaycanın memarı, qurucusu olan Heydər Əliyevin xatirəsinə göstərilən yüksək ehtirama görə  dərin minnətdarlığını bildirmişdir. V.Putin isə cavabında bu görkəmli siyasi xadimin xidmətlərini, uğurlu nailiyyətlərini dilə gətirmiş, ən əsası, bu iki dövlətin tarixində vacib birləşdirici sima olduğunu bir daha xatırlamışdır.

Doğrudan da, Azərbaycan ilə Avrasiya İqtisadi Birliyinin iştirakçısı olan ölkələr arasında münasibətlərin möhkəmlənməsi həm  siyasi, iqtisadi münasibətlərin yüksəlməsinə, həm də xalqlar arasında dostluq körpüsünün salınmasına bir zəmin yaradır.