Zəngilan nəqliyyat dəhlizləri üzərində yerləşir
Xanım Umudova
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu 323 saylı uşaq bağçası və körpələr evinin tərbiyəçisi
Zəngilan azad olunmuş ərazilərin ilk ərazisidir. Artıq burada keçmiş məcburi köçkünlər evlərinə qayıdıb . Heç zaman öz vətənini görməyən gənc nəsil öz doğma torpaqlarına ilk dəfə qədəm basıblar. Şərqi Zəngəzur da Azərbaycanın Qarabağ bölgəsi kimi yenidən inşa edilir. Bütün keçmiş məcburi köçkünlər bu anları səbrsizliklə gözləyirdilər ki bizim torpaqlar azad edilsin və onlar öz doğma torpaqlarına qayıtmaq imkanına malik olsunlar. Çünki onlar bu imkandan 30 il ərzində Ermənistan tərəfindən məhrum edilmişlər.
Zəngilanın Baş planı artıq təsdiq edilib. Bu şəhərdə infrastruktura böyük vəsait ayrılıb və bir neçə yaşayış layihəsi icra edilməkdədir. Zəngilan mühüm nəqliyyat qovşağıdır. Zəngilan nəqliyyat dəhlizləri üzərində yerləşir və ona görə Zəngilan Beynəlxalq Hava Limanının inşasıda bu bölgənin inkişafı baxımından mühumm faktor olmuşdur. Gələcəkdə Zəngilanda xarici turistlərin sayı çox olacaqdır. Çünki bu bölgə Azərbaycanın ən gözəl guşələrindəndir. Meşələri ,çayları, gölləri və misilsiz ekosistemi olan Zəngilan bizim ən böyük sərvətimizdir biridir.
Paytaxt Bakıdan bütün istiqamətlərdə 2000 km-dən çox yeni magistral yollar inşa olunur. Sovet dövründə mövcud olan dəmir yolu xətti bərpa edilib. İşğal dövründə həmin dəmir yolları Ermənistan qüvvələri tərəfindən sökülüb. Bu gün Suqovuşandan Zəngilana çəkilən dəmir yolunun inşası fəal fazadadır və tezliklə bu nəqliyyat dəhlizinin mühüm hissəsi hazır olacaq . Bu yol Azərbaycanın əsas ərazisini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcəkdir
- Bakı şəhəri