“Zəfərin mübarək, Azərbaycan” adlı tədbir keçirilmişdi
06 noyabr 2025-ci il tarixində “8 Mart” adına Mədəniyyət evində “Zəfərin mübarək, Azərbaycan” adlı tədbir keçirilmişdi.
Tədbir ilk öncə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Tədbirdə çıxış edən YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Nərgiz Çıraqova bildirdi ki, 44 günlük Vətən müharibəsi Ali Baş Komandanın, Azərbaycan Ordusunun və xalqımızın Zəfəri ilə başa çatdı. 44 günlük haqq savaşımız Azərbaycan tarixinə qızıl həriflərlə yazıldı. Biz bu qələbəni Ali Baş Komandanın qətiyyəti, siyasi iradəsi, müzəffər ordumuzun şücaəti, qəhrəmanlığı, ölməz Şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına əldə etdik.
Tədbir “8 Mart” adına mədəniyyət evinin hazırladığı kompazisiyalar ilə davam etdirildi.