“Zəfərimiz əbədidir” adlı tədbir keçirilmişdir
5 noyabr 2026-cı il tarixində 268 saylı körpələr evi - uşaq bağçasında “8 noyabr - Zəfər günü”nə həsr olunmuş “Zəfərimiz əbədidir” adlı tədbir keçirilmişdir. Tədbirdə YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov, 313, 324, 338, 262 və 23 saylı körpələr evi - uşaq bağçalarının müdirləri, şəhid Mehdi Fərzulla-zadənin anası Elvira Fərzullayeva iştirak etmişlər.
Tədbirdə ilk öncə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
268 saylı körpələr evi - uşaq bağçasının müdiri Pərvin Rəhimova tədbiri açıq elan edərək qonaqları salamlamış, çıxışında Azərbaycanın tarixi Zəfərinin əldə olunmasında Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uzaqgörən siyasətin, rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığının və xalqımızın sarsılmaz birliyinin mühüm rolundan bəhs edib.
YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov çıxış edərək vurğuladı ki, şəhidlərimizin canı, qazilərimizin sağlamlığı, Ali Baş Komandanın uzaqgörən, uğurlu daxili və xarici siyasətinin, xalq-iqtidar birliyinin hesabına əldə olunan Zəfərimizin daimi olması üçün hər bir vətəndaşımız əlindən gələni əsirgəməməlidir. Bu yolda hər birimiz dövlətimizin müsəlləh əsgəri olmağa hazır olmalıyıq.
Tədbir körpə fidanların hazırladığı kompozisiyalar ilə davam etdirildi.