Qaraçuxur Bələdiyyəsində Zəfər Gününə həsr olunmuş dəyirmi masa keçirilib

Qaraçuxur Bələdiyyəsində Zəfər Gününə həsr olunmuş dəyirmi masa keçirilib

Suraxanı rayonu Qaraçuxur Bələdiyyəsinin inzibati binasında 8 Noyabr – Zəfər Günü münasibətilə tədbir təşkil olunub. Tədbirdə YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Ənvər Haqverdiyev, Qaraçuxur Bələdiyyəsinin sədri İxtiyar Nəcəfov, bələdiyyə üzvləri və əməkdaşlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Qaraçuxur Bələdiyyəsinin sədri İxtiyar Nəcəfov bildirib ki, Azərbaycan xalqı üçün Zəfər sadəcə tarixdə qazanılmış qələbə deyil, Prezident İlham Əliyevin rəhbərliyi ilə gələcəyə istiqamət verən milli iradə nümunəsidir. Sədr vurğulayıb ki, tarixi qələbəni davamlı inkişafla, milli həmrəyliyi isə güclü dövlətçiliklə tamamlamaq müasir Azərbaycanın qarşısında duran başlıca strateji vəzifədir.

Daha sonra çıxış edən YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Ənvər Haqverdiyev tarixi proseslərə nəzər salaraq qeyd edib ki, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək uğrunda apardığı mübarizənin həlledici mərhələsinə çevrilib. 44 gün davam edən hərbi əməliyyatların Azərbaycan Ordusunun yüksək döyüş hazırlığını və strateji üstünlüyünü nümayiş etdirdiyini bildirən natiq, Prezident İlham Əliyevin siyasi rəhbərliyi, ordunun qəhrəmanlığı və xalqın həmrəyliyinin qələbəni təmin edən əsas amillər olduğunu diqqətə çatdırıb.

Tədbir qarşılıqlı fikir mübadiləsi şəraitində başa çatıb.

 

 

Paylaş