Zamanın yetişdirdiyi Lider və Azərbaycanın Qurtuluşu
Sevinc Hacızadə
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu 79 nömrəli tam orta məktəbin direktoru
Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 15 iyun sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Ümummilli liderimiz Heydər Əliyevin 1993-cü il iyunun 15-də yenidən hakimiyyətə qayıtması və 24 iyun ilk dəfə Prezident olaraq səlahiyyətləini icra etməsi xalqımızın coxəsrlik tarixinə taleyüklü möhtəşəm siyasi hadisə kimi daxil oldu.
Dövlət müstəqilliyimiz ciddi təhlükə qarşısında olduğu bir dövrdə Heydər Əliyevin hakimiyyətə dəvət edilməsi və hakimiyyətə gəlməsi dövlətçiliyimizin qurtuluşu idi.
1993-cü ildə Ermənistanın öz işğalçılıq planını sürətləndirilməsi ilə paralel bir şəkildə daxildəki destruktiv qüvvələr də hərəkətə keçmiş, ölkəni bir xaos bürümüşdü. Parlamentin qərarı ilə Ali Sovetin sədri Heydər Əliyev prezident səlahiyyətlərini ilk dəfə 24 iyun 1993-cü il tarixindəicra etməyə başlayıb. HeydərƏliyevin Prezident kimi ilk çıxışında, 24 iyun 1993-cü ildə Milli Məclisdə ölkədəki ağır siyasi böhran geniş müzakirə olunub.
1993-cü ilin 15 iyunun müasir Azərbaycan dövlətinin tarixinə Milli Qurtuluş Günü kimi düşməsinin köklü əsasları var. Məhz bütün bunları nəzərə alaraq sonralar ölkənin aliqanunvericilik orqanı Heydər Əliyevin hakimiyyətə qayıtdığı 15 iyun gününü əbədiləşdirdi. 15 İyun - Qurtuluş Günü kimi Azərbaycan Milli Məclisinin qərarı ilə 1997-ci ilin 27 iyununda rəsmiləşdirildi.
Ziddiyyətlərlə dolu o ağır illərdə düşdüyümüz labirintdən ölkəni yalnız və yalnız cəsarətli, uzaqgörən, zəngin dövlətçilik təcrübəsi xilas edə bilərdi və etdi də. Bu mənada Heydər Əliyevi Bakıya dəvət edənlər dövlətçiliyimizin ayaqda durması üçün möhtəşəm tarixi bir missiyanı həyata keçiriblər.
1993-cü ilin iyun ayında xalqın istəyi və tələbi ilə Heydər Əliyevin yenidən hakimiyyətə gəlişi müstəqil Azərbaycan tarixində dönüş nöqtəsi, yeni bir mərhələ oldu. Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkənin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və dayanıqlı inkişafın təməlini qoydu. Xalqın itirilmiş inamının, itirilmiş güvən hissinin özünə qayıtmasında Heydər Əliyev faktoru o dönəmdə çox böyük rol oynadı.
Məhz Onun tərəfindən atılan çevik və əməli addımlar nəticəsində ölkədə qısa müddət ərzində ictimai-siyasi sabitliyə nail olundu, qanunsuz silahlı dəstələr və separatçı qüvvələr zərərsizləşdirildi, dövlət çevrilişi cəhdlərinin qarşısı alındı, müharibədə uzunmüddətli atəşkəsə nail olunmaqla erməni təcavüzü dayandırıldı, ordumuzun daha da gücləndirilməsi üçün imkan əldə edildi.
Ölkə labüd fəlakətdən, hərc-mərclikdən xilas edildi, bütün istiqamətlər üzrə qanunvericilik bazası yaradıldı.
Dahi öndərin rəhbərliyi altında müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası hazırlanaraq 1995-ci ilin 12 noyabrında referendum yolu ilə qəbul edilib. Artıq dünya birliyi Azərbaycan Respublikasını müstəqil, başqa dövlətlərin hüquq və mənafeyinə, beynəlxalq hüququn normalarına hörmətlə yanaşan, özünə də hörmətlə yanaşılmasını tələb edən demokratik, sivil dövlət kimi qəbul etdi.
Heydər Əliyevin xalqımızın və tariximizin qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, Azərbaycan varlığını parçalanıb yox olmaq təhlükəsindən qurtarmaqda idi. O zamanın yetişdirdiyi lider idi. Azərbaycanımızın qurtuluşu zamanın yetişdirdiyi liderin sayəsində bərqərar oldu. Dövlətimizin qorunub saxlanılması isə azadlığımızın, müstəqilliyimizin qorunub saxlanması deməkdir, qurtuluş deməkdir! Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan bu siyasət indi Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Bu gün Azərbaycan Cənubi Qafqaz regionunun lider dövlətinə çevrilib, beynəlxalq aləmdə mövqeləri xeyli möhkəmlənib. 44 günlük Vətən Savaşında qazanılan möhtəşəm Zəfər də elə bu uğurların məntiqi nəticəsidir. Artıq bu gün Azərbaycan qalib dövlət olaraq yeni zirvələrə doğru irəliləməkdədir. Şübhəsiz ki, bu mühüm nailiyyətin əldə edilməsində Ümummilli lider Heydər Əliyevin fədakar xidmətlərinin müstəsna əhəmiyyəti vardır. Onun siyasi xadim kimi yürütdüyü siyasətin başlıca qayəsi Azərbaycanın hər bir vətəndaşının təhlükəsizliyini qoruya biləcək qədər qüdrətli dövlətə çevirmək olub. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümummilli Liderimizin siyasi kursuna sadiq qalaraq müstəqil ölkəmizi inamla gələcəyə doğru aparır.