Zaman ötdükcə dünya dövlətləri Azərbaycanla əməkdaşlığa daha çox önəm verirlər

Zaman ötdükcə dünya dövlətləri Azərbaycanla əməkdaşlığa daha çox önəm verirlər
Elburus Xəlilov
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu Hövsan Bələdiyyəsinin sədri
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin ən uğurlu istiqamətlərindən biri ölkəmizin beynəlxalq əlaqələrinin daha da genişləndirilməsi, bütün dünyada Azərbaycanın dostlarının sayının artmasıdır. Azərbaycan bugünkü inkişafı ilə siyasi, iqtisadi, hərbi və mədəni istiqamətlər üzrə əldə etdiyi nəticələrə görə bölgədə və dünyada söz sahibi olan bir ölkəyə çevrilir, ön siyahılarda yer alır. Bu nəticənin əldə olunmasında ölkəyə rəhbərlik edən dahi siyasətçinin, Ümummilli Lider Heydər Əliyev yolunun layiqli davamçısı olan cənab Prezident İlham Əliyevin gərgin əməyi, yorulmadan çalışması, uzaqgörən xarici və daxili siyasəti dayanır. Azərbaycan beynəlxalq aləmdə əsas söz sahibinə çevrilir. Ölkəmizin uzun illər ərzində formalaşdırdığı etibarlı tərəfdaş imici, eləcə də yaratdığı faydalar ölkəmizdə əlaqələrin daha da sıxlaşmasına marağı artırır. Elə buna görədə zaman ötdükcə dünya dövlətləri Azərbaycanla əməkdaşlığa daha çox önəm verirlər.
Yaxın günlərdə Serbiya Prezidentinin də ölkəmizə səfəri bir daha xarici tərəfdaşların Azərbaycana inamını nümayiş etdirir. Azərbaycan dövləti təkcə Serbiyaya münasibətdə yox, hər kəsə münasibətdə ən etibarlı tərəfdaşdır. Bütün bu səfərlər, əldə olunan razılaşmalar, görülən əməli işlər beynəlxalq münasibətlərin əhəmiyyətli subyekti kimi müasir dünyada Azərbaycanın önəmini daha da artırır, o cümlədən regional təhlükəsizlik məsələlərində dövlətimizin rolunu gücləndirir. Azərbaycan ilk növbədə bizə dost olan ölkələrlə əməkdaşlığı dərinləşdirərək öz milli maraqlarının bütün səviyyələrdə müdafiəsini daha da gücləndirir.
Müasir dövrümüzün reallıqları dövlətlər qarşısında özünütəcridi deyil, əksinə, fəal əməkdaşlıq, xoş münasibətlər, sıx əlaqələrin qurulması zərurətini aktuallaşdırır. Möhtərəm cənab Prezident Cənab İlham Əliyevində çıxışında dediyi kimi Serbiya-Azərbaycan əlaqələrinin gələcəyi ilə bağlı ancaq nikbin fikirdə olmaq olar. Serbiya və Azərbaycan strateji tərəfdaşdırlar, strateji tərəfdaşlığa dair bir neçə sənəd imzalanıb. Biz hər zaman bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləmişik, dəstəkləyirik və bu siyasət dəyişməz olaraq qalacaq.
Azərbaycan növbəti ildən Serbiyaya qaz nəqlinə başlaya bilər ki, bu da ölkənin enerji təchizatı coğrafiyasını daha da genişləndirir və onun Avropanın mühüm enerji tərəfdaşı kimi əhəmiyyətini artırır. Bir sözlə, Azərbaycan enerji sektorunda Avropa ölkələri ilə əməkdaşlığı davam etdirir, onu genişləndirir və Aİ-nin enerji resurslarının etibarlı təchizatçısı olaraq qalır.
Onuda qeyd etmək yerinə düşər ki, dövlət müstəqilliyimizin bərqərar olması, möhkəmləndirilməsi, iqtisadi tərəqqisi, milli mədəniyyətimizin qorunub inkişaf etdirilməsi, vətəndaş cəmiyyətinin yaradılması ölkəmizin dünya birliyində öz layiqli yerini tutması üçün ümummilli liderimizin müəyyən etdiyi və dönmədən həyata keçirdiyi siyasi kursun tam düzgünlüyünü artıq real təsdiqini tapmışdır, bu fakt hamı tərəfindən etiraf olunur. Alternativi olmayan bu siyasi kursun davam etdirilməsi Azərbaycanın bugünkü və gələcək inkişafının yeganə etibarlı təminatıdır.