Yeni dövrün yeni hədəfləri olmalıdır

Yeni dövrün yeni hədəfləri olmalıdır
Fərəh Hüseynova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 141 nömrəli tam orta məktəbin direktor

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev özünün 20 illik şərəfli hakimiyyət  tarixinə qısa, amma dəyərli bir xronika xarakterli müsahibəsində ilk sözünü belə başlamışdı: “Son 20 ilin tarixi göz qabağındadır və əsas məsələ ondadır ki, 2003-cü ildə Azərbaycan xalqı düzgün seçim etmişdi, Heydər Əliyev siyasəti davam etdirildi. Əgər tarix başqa istiqamətdə getsəydi, bilmək olmaz, xalqımız, dövlətimiz hansı bəlalar, faciələrlə üzləşə bilərdi. Hər halda, müstəqilliyimizin ilk iki ili əyani şəkildə göstərir ki, güclü lider olmadan və düşünülmüş siyasət olmadan istənilən ölkə, xüsusilə gənc müstəqil ölkə çox ciddi təhlükələrlə üzləşə bilər. 2003-cü ildə əsası 1993-cü ildə qoyulmuş siyasətə bir daha dəstək verildi. Hesab edirəm ki, bugünkü reallıqları biz 2003-cü illə yox, 1993-cü illə müqayisə etməliyik, çünki məhz o tarixdən başlayaraq Azərbaycan inkişaf yoluna qədəm qoydu, sabitlik təmin edildi, vətəndaş müharibəsinə son qoyuldu və ölkəmiz beynəlxalq təcriddən çıxdı”

Həqiqətən də bu bir həqiqətdir ki, məhz səriştəli lider sayəsində bugünkü Azərbaycan, sözün əsl mənasında, dünya miqyasında güclü ölkələr sırasındadır.  Hələ əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan xoşbəxt gələcəyə hesablanmış siyasi xəttin həm daxili, həm də xarici istiqamətlərində inanılmaz inkişaf sürəti Azərbaycan xalqını İlham Əliyevin ətrafında daha sıx birləşməyə gətirib çıxardı.

Öz müsahibəsində Azərbaycan reallığının bütün nüanslarına göz gəzdirən dövlət başçısı dünyada beynəlxalq hüquq işləmədiyini, beynəlxalq aləmin əsas oyunçularının bizi ittiham etdiyini, bizə qarşı müxtəlif təzyiq mexanizmlərini işə salmağa çalışdılarını söylədi. Şəhidlərimizin qanının yerdə qalmadığını, xalqımızın bütün təbəqələri öz işi ilə Qələbəni yaxınlaşdırdığını vurğulayan Prezident 10 noyabrda Üçtərəfli Bəyanatın qəbul edilməsi bizim böyük siyasi uğurumuz olduğunu diqqətə çatdırmışdı.

Həmçinin, Qarabağa qanunsuz silahların, sursatların, minaların və canlı qüvvənin daşınması və göndərilməsi artıq mümkünsüzlüyünü qeyd edən İlham Əliyev yeni Laçın-Xankəndi yolu marşrutunun müəyyən edilməsi, çəkilməsinin çox önəmli hadisə olduğunu və 23 aprel hadisələrinin elə bil ki, təməlini qoymuş bir tarix olduğunu diqqətə çatdırmışdı. 2023-cü il sentyabr ayında baş tutan antiterror əməliyyatı sayəsində Azərbaycan ordusu ərazisində bütün qeyri- qanuni silahlı birləşmələri məhv etmişdir. Suverenliyimizi tam bərpa etmişik.

Artan uğur düşmənçilik və xəbislik münasibətlər ilə düz mütənasiblik təşkil etdiyi üçün bəzi ermənipərəst dövlətlərin anti-Azərbaycan fəaliyyətinə də fikir bildirən prezident İlham Əliyev Fransız imperializminin müstəmləkə ölkələrində törətdiyi vəhşiliklər haqqında dünyanın xatırlayacağı faktlar həddindən artıq çoxluğunu qeyd etmiş, Fransada Natəvanın heykəlinin təhqir edilməsi vandalizm aktı adlandırmışdır.

İlk dəfə olaraq müstəqil həyatımızda seçkilərin ərazilərimizin hər bir yerində keçiriləcəyin sevinc hissi ilə söyləyən ölkə başçısı 7 fevral Prezident seçkilərinin bir dövrəyə yekun vurduğunu və bu vaxta qədər bizim əsas milli ideyamızın torpaqlarımızı azad etmək olduğunu nəzərə çatdırmışdı.”Yeni dövrün yeni hədəfləri olmalıdır” – deyən İlham Əliyev bizi hər zaman çox ayıq olmağa, çünki bizə qarşı olan hərəkət bundan sonra da davam edəcəyini, ənənəvi mənbələrdən gələn mənfi münasibətin dayanmayacağını diqqətə çatdırmışdı.

Qarşıda dövlətimizi daha böyük nailliyətlərin gözlədiyini deyən Prezident İlham Əliyev İnvestisiya Proqramının bərpa işlərinin əsas aləti olduğunu, bu il Qarabağda, Şərqi Zəngəzurda infrastruktur layihələrinin hamısının davam etdiriləcəyini, 140 min keçmiş köçkünün yaxın üç il ərzində öz dədə-baba torpaqlarına qayıdacağını televiziya müxbirlərinə söyləmişdi.

“Bizə qarşı olan ədalətsizliklərin təməlində Qarabağ məsələsinin həll olunmaması dayanmışdır. Biz hər zaman haqlı olmağımızda tam əmin idik və bir dənə də nahaq iş görmədik”- deyən Ali Baş Komandan əsas gücünü yenə də xalqdan aldığını vurğulamışdı.

Cənab Prezident Azərbaycan xalqı həmişə sizin yanınızda olub və olacaq!