Prezidentin verdiyi müsahibə Azərbaycan-Özbəkistan münasibətlərinin gücünü nümayiş etdirdi

Prezidentin verdiyi müsahibə Azərbaycan-Özbəkistan  münasibətlərinin gücünü nümayiş etdirdi

 Rəna Abutalıbova

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

Suraxanı Rayonu 23 saylı bağça körpələr evinin müdiri

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi son müsahibə iki qardaş ölkə arasında münasibətlərin hansı səviyyəyə yüksəldiyini bir daha nümayiş etdirib. Dövlət başçısının müsahibəsində Azərbaycan və Özbəkistan arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri geniş şəkildə diqqətə çatdırılıb.

Prezident İlham Əliyev Azərbaycan- Özbəkistan münasibətlərinin tarixi, mədəniyyəti, dili və xalqlarımız arasında formalaşmış qarşılıqlı rəğbətin əsirlər boyu davam etdiyini ifadə etmişdir. Son illərdə bu möhkəm təməl daha da genişlənərək müttəfiqlik səviyyəsinə çatmışdır.

Prezident İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə münasibətlərə də xüsusi diqqət yetirib. Dövlət başçısı iki ölkə arasında səmimi dostluq, qarşılıqlı hörmət və dostluq əlaqələrinin davamlı olduğunu  diqqətə çatdırmışdır. Azərbaycan və Özbəkistan arasında iqtisadiyyat, nəqliyyat, loqistika, enerji, sənaye və humanitar sahələrdə əməkdaşlığı daha da səmərəli inkişaf etdirmək məqsədə uyğundur. Bu sahələr üzrə dostluq və qardaşlıq münasibətləri deyil, konkret siyasi və iqtisadi maraqlara əsaslanmaqdır. Dövlət əlaqələrinin yeni mərhələyə keçməsi və iki ölkənin birgə layihələrinin daha da genişləndirilməsi mühüm amillərdən biridir.

Prezident öz fikirlərində onuda vurğuladı ki, Azərbaycan- Özbəkistan Türk dünyasının birlik və həmrəyliyinin baris nümunəsidir. Çünki iki ölkənin tarixi və mədəniyyəti biri- birinə yaxın müasir dövrü əks etdirən, Türk xalqlarını dostluq çərçivəsində yaxınlaşdıran güclü bir dövlətdir. Nəticə etibarilə, İlham Əliyevin Özbəkistan səfəri ərəfəsində verdiyi müsahibə Azərbaycan- Özbəkistan münasibətlərinin bu günə qədər möhkəm və çox şaxəli olduğunu göstərən mühüm, siyasi mesaj kimi dəyərləndirilə bilər. Bu münasibətlərin daha da inkişaf etdirilməsi Azərbaycan və Özbəkistanın, bütövlükdə Türk dünyasının dostluq simvolu kimi qiymətləndirilə bilər .

 

 

Paylaş