Yeni Azərbaycan Partiyası uğurlu taleyi olan,müasir, müstəqil Azərbaycan dövlətinin hər bir uğurunda imzası olan qələbələr partiyasıdır.
30 il bundan əvvəl yeni müstəqilliyini bərpa etmiş Azərbaycan o zaman ölkəyə rəhbərlik edənlərin bacarıqsızlığı və bağışlanmaz səhvləri ucbatından ağır böhran içərisində boğulur,ölkədə özbaşınalıq, hərc-mərclik hökm sürür, bu vəziyyətdən istifadə edən düşmən Ermənistan torpaqlarımızı işğal edirdi. Müdrük, uzaqgörən Azərbaycan xalqı əmin idi ki, ölkəmizi bu ağır vəziyyətdən qüdrətli, müdrük şəxsiyyət Heydər Əliyev xilas edə bilərdi. Xalqımız Azərbaycanı məhv olmaqdan xilas etmək üçün Yeni Azərbaycan Partiyasının yaranması vasitəsilə Heydər Əliyevin hakimiyyətə qayıtmasını təmin etdi. Yeni Azərbaycan Partiyası yaranandan təxminən yarım il sonra partiyanın yaradıcısı və sədri Heydər Əliyev xalqın istəyi, təkidli tələbi ilə hakimiyyətə qayıtdı, bununla da Azərbaycan böhrandan xilas olmaq imkanı qazandı və Azərbaycan tarixinin yeni mərhələsi başlandı. İlk öncə böhran, hərc-mərclik, anarxiya aradan qaldırıldı, geniş və hərtərəfli islahatlar nəticəsində böyük bir inkişaf strategiyasına start verildi. Bu inkişaf strategiyası nəticəsində mühüm nəticələr əldə olundu. Bu strategiya Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz tərəfindən 30 ilə yaxın işğal altında qalan torpaqlarımızın azad olunması ilə səbəb oldu Yeni Azərbaycan Partiyası hər bir qərarında Heydər Əliyev ideyalarına, onun milli məfkurəsinə əsaslanaraq dövlətin, xalqın maraqları zəminində öz fəaliyyətini qurub.
Bu gün YAP milli dəyərlərə əsaslanaraq inkişaf edir. Buna görə də hazırda Yeni Azərbaycan Partiyası Azərbaycanın ən böyük siyasi təşkilatı olmaqla bərabər, həm də öz xalqına xidmət edən,xalqına ən yaxın siyasi təşkilatdır. YAP bu gün təkcə Azərbaycanda deyil, ölkəmizin hüdudlarından çox-çox uzaqlarda qəbul olunan nüfuzlu güc mərkəzidir. YAP-ın qələbələr partiyası kimi nüfuz qazanmasını şərtləndirən əsas amil həmişə xalqın mütləq əksəriyyətinin dəstəyini qazanmasıdır. Bu gün partiyamızın sədri, Prezidentimiz, Müzəffər Ali Baş komandan cənab İlham Əliyevin rəhbərliyi altında Yeni Azərbaycan Partiyası öz tarixində ən şərəfli günlərini yaşayır. Azərbaycan xalqı ölkə Prezidentinin ətrafında sıx birləşməklə, onun da bütün ömrünü xalqımıza, dövlətçiliyimizə həsr etdiyinə əminliyini ifadə edir. Yeni Azərbaycan Partiyası iqtidarının ölkəmizi bundan sonra da daha böyük uğurlara aparcağına hər bir azərbaycanlı inanır. Yeni Azərbaycan Partiyası bu günə qədər qalibiyyətlər, qələbələr, zəfərlər partiyası kimi fəaliyyət göstərib və onun bundan sonrakı fəaliyyəti də yeni-yeni nailiyyətlərlə müşayiət olunacaq.
Çingiz İbrahimov
YAP Göyçay Rayon təşkilatının məsləhətçisi