Yeni Azərbaycan Partiyası dünənin, bu günün, gələcəyin partiyasıdır
Cəmilə Ağayeva
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı Rayonu, Əmircan Bələdiyyəsinin sədri
Tarix boyunca bir çox siyasi partiyalar mövcud olmuşlar. Zaman-zaman siyasi liderlərin yaratdıqları partiyalarına fikir versək, həmin o partiya öz siyasi nüfuzunu, liderindən alaraq təşkilatlanmış və ətrafına insanlar yığmışdır. Tarixdə uzun illər, sona və yaxud sonsuzluğa qədər öz nüfuzunu saxlaya biləcək partiyalar demək olar ki, çox az olmuşdur, bəlkə də araşdırsaq, heç olmamışdır. Lakin Yeni Azərbaycan Partiyası yarandığı gündən öz nüfuzunu qoruyub saxlaya bilmişdir.
YAP Naxçıvanda soyuq bir payız günündə yaranmış, yaranığı gündən cəmi 6 ay sonra iqtidar partiyası olmuşdur. Bu partiyanın qurucusu və nizamnaməsini öz xətti ilə yazan, Dahi Ulu Öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndən sonra, Yeni Azərbaycan Partiyası iqtidar partiyası statusunu almışdır. Yeni Azərbaycan Partiyası yaranan gün tarixi zərurətdən yaranmışdı və zəruri bir partiyaya çevrilmişdir. Heç təsadüfi deyil ki, siyasətdə öz sözünü demiş dahi şəxsiyyət mərhum Heydər Əliyev Yeni Azərbaycan Partiyası haqqında belə söyləmişdir: “Yeni Azərbaycan Partiyası dünənin, bu günün, gələcəyin partiyasıdır!”.
Yeni Azərbaycan Partiyası Heydər Əliyevin şah əsərlərindən biridir. Bu partiya ötən illərdən bu günə qədər, ölkəmizdə siyasi sabitliyin və davamlı inkişafın təminatçısı kimi çıxış etmişdir. Bu partiyanın ilk üzvlərindən elitar təbəqəni “91-lər” təşkil etmişdir. Bu “91-lər” ki, bunun içərisində 91 nəfər Azərbaycanın ziyalıları var idi. Həmin o ziyalılar, zamanında Heydər Əliyevin Naxçıvandan Bakıya qayıtmağından ötrü, ikinci dəfə hakimiyyətə gəlib, Azərbaycanı o vaxtkı bəlalardan, xaosdan, hərc-mərclikdən, qarışıqlıqdan qurtarıb, məhz yeni Azərbaycan, sağlam mühit, stabil, sabit, inkişaf edən iqtisadiyyat qurmaqdan ötrü, rəsmi şəkildə məktubla müraciət edərək, mərhum Heydər Əliyev Bakıya dəvət edənlər idi.
Bu partiya, hal-hazırda ətrafında minlərlə adamı birləşdirir. Yeni Azərbaycan Partiyasının ətrafında birləşənlər xalqına, dövlətinə, Prezidentinə sadiq insanlardır. Bu partiyanın yaradıcısı, Ulu Öndər Heydər Əliyevdir, davamçısı isə, onun siyasi varisi cöhtərəm Prezident, cənab İlham Əliyevdir.
Çox xoşbəxtəm ki, YAP-ın 25 ildir ki, aktiv üzvü və Ərazi partiya təşkilatının sədriyəm. Hər zaman yolumuz Heydər yolu olacaq. Biz bu yolda İlham Əliyevlə birgə-gələcəyə iri addımlarla irəliləyərək, İmzamızın qüdrətini, öz əqidəmizlə göstərmək arzusu ilə partiyamıza daima nüfuzda qalmağı və yenilməməyi arzulayıram.