Yeni Azərbaycan Partiyası gənclər siyasətinin dayağıdır
Hüseyn Quliyev
Gənc tədqiqatçı, Yeni Azərbaycan Partiyasının Suraxanı rayon təşkilatının gənc fəal üzvü
Məlum olduğu kimi Azərbaycanda dövlət gənclər siyasətinin təməli Ulu Öndər Heydər Əliyev tərəfindən 1994-cü ildə qoyulmuşdur. Məhz bu siyasətin davamı olaraq 1996-cı ildə ilk Gənclər Formu keçirilmiş və bu proses sistematik olaraq davam etmişdir. Buna görə də 1997-ci ildən etibarən fevral ayının 2-də gənclər günü kimi qeyd olunur.
Heç də elə düşünməyin ki, dünyanın hər yerində gənclərin hamsının özlərinə məxsus əlamətdar günü var. Bu xüsusi günü bizə ərmağan etdiyinə görə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi qarşısında dərin ehtiramla baş əyirik. Hələ illər öncə Ulu Öndər Azərbaycan gənclərinə böyük dəyər verərək belə demişdir: “Bizim xalqımızın ən qiymətli sərvəti bizim gənclərimizdir, Sizsiniz, əziz Azərbaycan övladları. Siz Azərbaycanın çiçəklənən gələcəksiniz.
Artıq bu gün Azərbaycan gənclərinin ilk formunun kecirilməsindən 30 il ötür. Bir anlıq mənim yaşımdan çox əvvəl o formun iştirakçıları olan gənclərin yaşadıqları dövrü təsəvvür edərkən dövlətimizin və xalqımızın necə keşməkeşli zamandan keçdiyini anlamaq elə də çətin deyil. Bugünkü gənclik özümüzü xoşbəxt hiss edə bilərik ki, biz problemlərlə boğuşan, müharibənin çətinliklərini əzab əziyyətlərini deyil, şanlı zərfərin, yeni reallıqların, çağırışların gəncləriyik.
Bu gün Ulu Öndər tərəfindən əsası qoyulan dövlət gənclər siyasəti Prezident cənab İlham Əliyev tərəfindən uğurla və ardıcıl olaraq davam etdirilir. Bu gün gənclərimizin əldə etdiyi bütün uğurların mərkəzində onlara inam etibar edən, onları həvəsləndirən, onlara mənəvi fiziki və maddi dəstək verən dövlət siyasəti dayanır. Ölkə başçısı, Yeni Azərbaycan Partiyasının Sədri, cənab Prezident İlham Əliyev özünü bütün Azərbaycan gənclərinin dostu adlandırıb.
Bu amil özü belə, Azərbaycan gənclərinin görmədiyi və heç vaxt getmədikləri Qarabağı azad etməyə sövq etmişdir. Axı Vətən Müharibəsi iştirakçılarının, şəhid və qazilərimizin mütləq əksəriyyəti gənclər idi. Son dövrlərdə gənclərin könüllü proqramlarına cəlb olunması müxtəlif ali dövlət qurumlarında onların təcrübə keçməsi və böyük əksəriyyətinə etimad göstərilərək işlə təmin olunması cəmiyyətə gəncləri dinamik bir kütləyə çevirib. Bu gün Azərbaycan gənci dövlətin və cəmiyyətin aparıcı qüvvəsidir. Gənclərimiz ölkə daxilində həm də ölkə xaricində dünyanın nüfuzlu ali təhsil müəssisələrində təhsil alıb ölkəmizə qayıdıb öz töhfələrini verirlər.
Yeni Azərbaycan Partiyası gənclər siyasətinin dayağıdır. 1995-ci ildə Ulu Öndər Heydər Əliyevin xeyir-duası ilə təsis edilmiş YAP Gənclər Birliyi ölkəmizdə gənclərin formalaşmasına böyük dəstək vermişdir. YAP sıralarında yetişən gənclik vətənpərvər mövqeyi, intellektual səviyyəsi, praqmatik yanaşması, müasir dövrün çağırışlarına cavab verən baxış bucağı ilə ölkəmizin inkişafında müstəsna rola malikdirlər. Böyük qürur hissi ilə deməliyəm ki, doğma partiyamız sıralarında formalaşan gənclik Azərbaycan kadr siyasətinin əsas özəyini təşkil edir.
Əziz gənc dostlarım, mənim cəmi 21 yaşım var. İki ilə yaxındır ki, YAP üzvüyəm. Universiteti bitirdikdən sonra mən doğma rayonum olan Suraxanı Rayonunda YAP-ın yerli təşkilatı ilə tanış oldum. YAP Suraxanı Rayon Təşkilatında qısa zamanda öyrəndiyim, əldə etdiyim, bilim və təcrübə deməyə əsas verir ki mən bir gənc olaraq özümün ictimai siyasi fəaliyyətim ilə doğru yerdəyəm.
Əziz gənclər, əziz əqidə yoldaşlarım, mən sizin hər birinizi dövlətimizin ictimai müdafiəsini həyata keçirən dövlətçiliyimizin siyasi dayağı olan Yeni Azərbaycan Partiyasında öz gələcək kariyeranızı qurmağa dövlət gənclər siyasətinə öz tövhənizi verməyə çağırıram. Bayramınız mübarək!