YAP-Ulu Öndər Heydər Əliyevin siyasi irsinə sadiqlik nümunəsidir
Könül Hümbətova
16 saylı Uşaq Poliknikasının baş həkimi
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Yeni Azərbaycan Partiyası 1992-ci ildə yaranmışdır. Partiya yaranandan bugünə kimi öz qüdrətini qoruyub-saxlamaqdadır. Onun yaradıcısı Ulu Öndər Heydər Əliyev olmuşdur. Partiya onun ideyaları əsasında yaranmış və bu gündə öz ən-ənəsi yolunda inkişafı davam edir.
Hakimiyyətə xalqın xahişi ilə gələn dahi şəxsiyyət Heydər Əliyev həmişə xalqını düşünmüş və onun inkişafı üçün çalışmışdır. Ölkəmizdə baş verən hərc-mərcliyi aradan qaldırmaq uğrunda daima mübarizə aparmış, xalqın suverenliyini hər şeydən üstün tutmuşdur.
Demokratik islahatlar apararaq, Azərbaycanın mənafeyini qorumuş, onu bütün dünyada tanıtmaq üçün əlindən gələni heç vaxt əsirgəməmişdir. Məhz onun dövründə Azərbaycan bütün dünyada tanınmağa başladı. Öz nefti və qazı ilə cahana səs saldı. İradəli siyasəti nəticəsində xalqımızın üzərindəki qara buludları uzaqlaşdırdı.
Bu milli ruhda, dəyərdə inkişaf edən və fəaliyyətini hələ də davam etdirən Yeni Azərbaycan Partiyası bizə Ulu Öndərin mədəni irsidir. Bu partiyanı hazırda atasının yolunu layiqincə davam etdirən, xalqının inkişafı üçün var gücü ilə çalışan Prezidentimiz Cənab İlham Əliyev davam etdirir.
Partiya üzvləri onun ətrafında sıx birləşərək, yürütdüyü daxili və xarici siyasəti həmişə dəstəkləyib. Bu siyasət özünü düşmən tapdağında olan torpaqları azad edərək, bütöv Azərbaycan yaratmasında bir daha özünü sübut etmiş oldu. Hazırda dünya ölkələrinin marağı ölkəmizə birə min artmışdır.
Hazırda YAP sıralarındakı insanların sayı durmadan artır. Hazırda YAP ölkəmizin ən böyük siyasi partiyasıdır. Bu partiya üzvlərinin hər birində dövlətçilik, milli dəyərlər, Azərbaycançılıq, xalq sevgisi, vətənpərvərlik hissi çox güclüdür.
Partiyanın hər bir üzvü təbliğ etməkdən yorulmur və fəxr hissi duyur. Bu insanların Vətənə olan sevgisindən, bağlılığından və milli ruhda inkişaf etməsindən irəli gəlir. Bu irsi layiqincə qorumaq və yaşatmaq bizim üzvlərin vəzifəmizdir.