YAP Suraxanı rayon təşkilatının ərazi partiya təşkilatlarında təmsil olunan üzvlərlə görüşlər uğurla həyata keçirilir
Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının Hövsan qəsəbəsi Füzuli Bayramov küçəsi ünvanında yerləşən ərazi partiya təşkilatında yerli təşkilatının məsləhətçisi Kürsüm Həsənovanın, ƏPT-nin sədri Kəmalə Məmmədovanın və digər üzvlərin iştirakı ilə YAP-ın Mərkəzi Aparatının təlimatları, yeni üzvlərin qəbulu, üzvlük haqlarının vaxtında ödənilməsinin təmin edilməsi, qeydiyyat-uçotun səmərəli aparılması, ideoloji işin məqsədyönlü qurulması, sosial şəbəkələrdə və dövrü mətbuatda partiya üzvlərinin fəallıqlarının artırılması ilə bağlı görüş keçirilmişdir.
Ərazi partiya təşkilatının sədri Kəmalə Məmmədova YAP üzvlərini salamlayaraq tədbiri açıq elan etdikdən sonra ƏPT və son dövrlərdə görülən işlər haqqında ətraflı məlumat vermişdir.
Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının məsləhətçisi Kürsüm Həsənova Hövsan qəsəbəsi Füzuli Bayramov küçəsi ünvanında yerləşən ərazi partiya təşkilatının üzvləri qarşısında ƏPT-lərdə ideoloji işin gücləndirilməsi, səmərəliliyinin artırılması ilə əlaqədar təsdiq olunmuş tədbirlər planının icrasının təmin olunması, Ulu Öndər Heydər Əliyev siyasi irsinin öyrənilməsi, onun dövlətçilik ənənələrinin təbliği, Azərbaycan Respublikasının Prezidenti, YAP-ın sədri cənab İlham Əliyevin fəaliyyətinin əhaliyə operativ, düzgün və əhatəli formada çatdırılmasının təşkili, YAP Suraxanı rayon təşkilatının maliyyə - uçot işinin təkmilləşdirilməsi, YAP Suraxanı rayon təşkilatının fəallarının dövrü mətbuatda və sosial şəbəkələrdə aktivliklərinin artırılması, təbliğat işinin gücləndirilməsi, ƏPT-lərdə üzvlərin, xüsusilə gənclərin fəallıqlarının artırılması, onların keçirilən tədbirlərdə iştiraklarının təmin olunması barədə ətraflı çıxış edərək öz tapşırıq və tövsiyyələrini görüş iştirakçılarının diqqətinə çatdırdı.