YAP Suraxanı rayon təşkilatının ərazi partiya təşkilatlarında seçki iclasları keçirilir
Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının Yeni Suraxanı qəsəbəsi Samir Əliyev küçəsi ünvanında yerləşən ərazi partiya təşkilatında yerli təşkilatın məsləhətçiləri Kürsüm Həsənova və Nərgiz Çiraqovanın iştirakı ilə iclas keçirilmişdir.
İclasın sədri Gülşən Hüseynova YAP üzvlərini salamlayaraq iclası açıq elan etdi. O, daha sonra bildirmişdir ki, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının ƏPT-lərində həyata keçirilən islahatlar nəticəsində yerli təşkilatın sədri Vüqar Seyidovun müvafiq əmri ilə təmsil olunduğumuz ƏPT də yenidən təşkil olunmuşdur. Bugünkü iclasın gündəliyində iki məsələ - ƏPT-nin sədrinin və sədr müavininin seçilməsi məsələsi nəzərdə tutulmuşdur.
Sədr vəzifəsinə Gülşən Hüseynovanın namizədliyi irəli sürüldü və bu təklifə səsvermə ilə münasibət bildirilməsi xahiş edildi. ƏPT-də təmsil olunan üzvlərin səsverməsi nəticəsində Gülşən Hüseynova sədr seçilmişdir. Səsvermə nəticəsində seçilmiş yeni sədr Gülşən Hüseynova Samirə Abdullayevanın uzun illər YAP-da təcrübəsini və ƏPT-də səmərəli fəaliyyətini nəzərə alaraq onun ƏPT-nin sədr müavini kimi namizədliyini irəli sürdü. ƏPT-də təmsil olunan üzvlərin səsverməsi nəticəsində Samirə Abdullayeva sədr müavini seçilmişdir.
Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının məsləhətçisi Kürsüm Həsənova çıxış edərək, ümid var olduğunu bildirmişdir ki, həyata keçirilmiş islahatlardan sonra Yeni Suraxanı qəsəbəsi Samir Əliyev küçəsi ünvanında yerləşən ərazi partiya təşkilatında ideoloji işin gücləndirilməsi, təşkilati işlərdə səmərəliliyin artırılması və üzvlərin uçot qeydiyyatlarının operativliyi, dəqiqliyi diqqət mərkəzində saxlanılacaq və daha səmərəli iş aparılacaqdır.
Sonda ƏPT üzvləri tərəfindən verilən suallar cavablandırılmışdır.