Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının Əmircan qəsəbəsi İlqar Məmmədov küçəsi 4 ünvanında yerləşən ərazi partiya təşkilatında yerli təşkilatın sədr müavini Salman Əbdülovun iştirakı ilə iclas keçirilmişdir.
Ərazi partiya təşkilatının sədri Elmira Ələkbərova YAP üzvlərini salamlayaraq iclası açıq elan etdikdən sonra bildirmişdir ki, bugünkü iclasın gündəliyində bir məsələ - ƏPT-nin sədr müavininin seçilməsi məsələsi nəzərdə tutulmuşdur. ƏPT-də təmsil olunan üzvlər tərəfindən sədr müavini vəzifəsinə Əliyev Əli namizədliyi irəli sürülmüş və səsvermə nəticəsində Ə.Əliyev sədr müavini seçilmişdir.
Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov çıxış edərək bildirmişdir ki, Əmircan qəsəbəsi İlqar Məmmədov küçəsi 4 ünvanında yerləşən ərazi partiya təşkilatında partiya işinin təşkili qənaətbəxşdir. Bundan sonra da ideoloji işin gücləndirilməsi, səmərəliliyinin artırılması və üzvlərin uçot qeydiyyatlarının operativliyi, dəqiqliyi diqqət mərkəzində saxlanılmalıdır.
Daha sonra ƏPT üzvləri tərəfindən verilən suallar cavablandırılmışdır. Sonda YAP-a daxil olan bir qrup partiya üzvünə vəsiqələr təqdim olunmuşdur.