YAP Suraxanı rayon təşkilatının ərazi partiya təşkilatlarında seçki iclasları keçirilir

YAP Suraxanı rayon təşkilatının ərazi partiya təşkilatlarında seçki iclasları keçirilir

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının Hövsan qəsəbəsi Füzuli Bayramov küçəsi ünvanında yerləşən ərazi partiya təşkilatında yerli təşkilatın sədr müavini Salman Əbdülovun iştirakı ilə iclas keçirilmişdir.

Ərazi partiya təşkilatının sədri Kəmalə Məmmədova YAP üzvlərini salamlayaraq iclası açıq elan etdikdən sonra ƏPT-də son dövrlər ərzində görülən işlər haqqında ətraflı məlumat vermişdir. Daha sonra bildirmişdir ki, bugünkü iclasın gündəliyində bir məsələ - ƏPT-nin sədr müavininin seçilməsi məsələsi nəzərdə tutulmuşdur. Kəmalə Məmmədova ƏPT-nin sədr müavini Həsənova Lalənin öz xahişi ilə vəzifəsindən azad olunması ilə bağlı müraciət etdiyini nəzərə çatdırdı. K. Məmmədova L.Həsənovanın ƏPT-nin sədr müavini seçildiyi gündən vəzifələrinin öhdəsindən layiqincə gəldiyini, eyni zamanda YAP Suraxanı rayon təşkilatının tapşırıq və tövsiyyələrinin həyata keçirilməsində xüsusilə fəallıq göstərdiyini vurğuladı. Son zamanlar əmək fəaliyyətinin gərginliyi ilə əlaqədar olaraq onun ƏPT-də sıravi üzv kimi fəaliyyətini davam etdirməsi xahişini nəzərə alan K.Məmmədova ƏPT-nin sədr müavini vəzifəsinə Süsən Aşurovanın namizədliyini irəli sürmüş və bu təklifə səsvermə ilə münasibət bildirilməsini xahiş etdi. ƏPT-də təmsil olunan üzvlərin səsverməsi nəticəsində Süsən Aşurova sədr müavini seçilmişdir.

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov çıxış edərək bildirmişdir ki, Hövsan qəsəbəsi Füzuli Bayramov küçəsi ünvanında yerləşən ərazi partiya təşkilatında partiya işinin təşkili qənaətbəxşdir. Bundan sonra da ideoloji işin gücləndirilməsi, səmərəliliyinin artırılması və üzvlərin uçot qeydiyyatlarının operativliyi, dəqiqliyi diqqət mərkəzində saxlanılmalıdır.

Sonda ƏPT üzvləri tərəfindən verilən suallar cavablandırılmışdır.