YAP Suraxanı rayon təşkilatının ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları uğurla həyata keçirilir
Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının Əmircan qəsəbəsi Baladin 42 ünvanında yerləşən ərazi partiya təşkilatında YAP Suraxanı rayon təşkilatının nümayəndəsinin iştirakı ilə hesabat-seçki yığıncağı keçirilmişdir. Ərazi partiya təşkilatının sədri Əliyeva Nəsibə Məmmədmirzə qızı YAP-ın VI qurultayından bu günə qədər görülmüş işlər haqqında hesabat xarakterli məruzə ilə çıxış etmişdir. Daha sonra hesabat məruzəsi ətrafında müzakirələr aparılmış, çıxışlar edilmişdir. Əmircan qəsəbəsi Baladin 42 ünvanında yerləşən ərazi partiya təşkilatının sədr və sədr müavininin seçilməsi məsələsi müzakirə edilərək qərar qəbul edilmişdir. ƏPT-nın üzvlərinin səs verməsi nəticəsində sədr Əliyeva Nəsibə Məmmədmirzə qızı, sədr müavini Həsənova Fatmanisə Yasin qızı seçilmişlər. ƏPT-nın iclası ilə bağlı protokol tərtib edilmişdir.
Sonda Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının nümayəndələri Kürsüm Həsənova və Dilarə Əzizova çıxış edərək bildirmişlər ki, Əmircan qəsəbəsi Baladin 42 ünvanında yerləşən ərazi ərazi partiya təşkilatının işini qənaətbəxş hesab etmək olar. YAP Suraxanı rayon təşkilatının nümayəndələri gələcəkdə həyata keçiriləcək partiya fəaliyyəti, yeni üzvlərin qəbulu, üzvlük haqlarının vaxtında ödənilməsinin təmin edilməsi, qeydiyyat və uçotun səmərəli aparılması və ideoloji işin məqsədyönlü qurulması ilə bağlı öz tövsiyyələrini vermiş, ƏPT-nın fəaliyyətinə uğurlar diləmişlər.